پنج شنبه 07 بهمن 1400


  çap        Dosta göndərin

Ali Məqamlı Rəhbərin Həcc müraciəti

Mehriban və bağışlayan Allahın adı ilə

Ali Məqamlı Rəhbəri Həzrət  Ayətullah Üzma Seyid Əli  Hüseyni Xamenei cənabları müqəddəs Həcc günləri ilə əlaqədar dünya müsəlmanlarına ünvanlanmış müraciətində Həcc mesajlarının solmaması  və  təcavüzkar güclər xüsusi ilə ABŞ qarşısında müqavimətin zərurətindən danışıb. Müraciətin tam mətni belədir:

 

“Bismillahir Rəhmanir Rəhim!

 

Dünyanın hər bir yerində olan müsəlman bacı və qardaşlar! 


Bu ildə islam  ümməti  böyük Həcc nemətindən məhrum oldu.  Çox təssüf ki, şövqlü qəlblər Allah- Taalanın əzəmətli evində ziyafətdə olmaqdan məhrum oldular. 


Artıq ikinci ildir ki, mənəvi həcc mövsümü sevinci  həsrət və ayrılıq mövsümünə çevrilib.  Epidemik xəstəlik bəlası və bəlkə də müqəddəs hərəmi idarə edənlərin siyasətlərinin bəlası möminlərin həvəsli gözlərini İslam ümmətinin vəhdət,  əzəmət və mənəviyyat simvolunu görməkdən məhrum edir. Bu əzəmətli   zirvəni buludlarla və tozlarla örtür.  


Bu imtahan İslam ümmətinin tarixi keçmişində olan digər imtahanlar kimi  ardınca parlaq bir gələcək gətirə bilər.  Önəmli olan odur ki, Həcc öz həqiqi simasında müsəlman xalqın qəlbində və canında yaşasın.  Hazırda  müvəqqəti olaraq Həccin əməlləri olmasa da onun  ali mesajı solmasın. 


Həcc, sir dolu bir ibadətdir. Öz gözəl tərkibi ilə müsəlman fərdin və cəmiyyətin kimliyini formalaşdırır və  onu dünya xalqlarının gözündə gözəlləşdirir. 
Bir tərəfdən  bəndələrin qəlbini ruhən yüksəldir, zikr, təvazökarlıq və dua ilə onları Allaha yaxınlaşdırır, digər tərəfdən isə dünyanın hər yerindən eyni geyim, eyni istiqamət və  koordinasiyalı hərəkəti  ilə dünyanın dörd guşəsindən toplaşan qardaşların vəhdət və birlik bağlarını möhkəmləndirir.  


Digər tərəfdən İslam ümmətinin ali simvolunu bütün mənalı və sirli ayinləri ilə dünyanın gözü önünə qoyur və ümmətin əzmini və əzəmətini bədxahlara göstərir. 
Bu il həcc mövsümündə  Allahın əzəmətli evinə əlimiz çatmır, lakin ev sahibinə diqqət, zikr, təvazökarlıq, münacat və tövbəyə əlimiz çatır.  Ərəfata gedə bilməsək də, Ərəfə günü mərifət artıran dua və münacatı edə bilərik.  Minada şeytanı daşlamaq mümkün deyil, lakin  hegemon şeytanları küncə sıxışdırmaq və uzaqlaşdırmaq hər yerdə mümkündir. Kəbə ətrafında iştirakımız mümkün deyil, lakin  qəlblərin Qurani-Kərimin ayələri ətrafında toplaşması və  Allahın ipindən yapışması hamının vəzifəsidir.


Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik.

 Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq. 


Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik. Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq.  


Bu gün bir çox ölkələrin elmdə geridə qalması və siyasi asılılığı həmin passivliyin və qeyri-adekvatlığın nəticəsidir. Bu gün  xalqlarımız, gənclərimiz, alimlərimiz, din alimlərimiz, ziyalı vətəndaşlarımız, siyasətçilərimiz və  partiyalarımız o utancverici keçmişin əvəzini çıxmalıdır.   Onlar ayağa qalxmalı və Qərb güclərinin zorakılığı, müdaxiləsi və zülmünə qarşı "müqavimət”  göstərməlidir.
Dünya hegemonlarını narahat edən və qəzəbləndirən İran İslam Respublikasının yeganə sözü də məhz bu  “müqavimət”ə dəvətdir.


Müqavimət, yəni ABŞ-ın və digər təcavüzkar güclərin müdaxilələri və zorakılıqları qarşısında dayanmaq  və  İslam maarifinə söykənərək İslam dünyasının gələcək taleyini ələ almaq. 


Təbii ki, ABŞ və onun müttəfiqləri  “Müqavimət” adına çox həssasdırlar. Elə buna görə də,  İslami müqavimət cəbhəsi ilə  hər növ düşmənçilik edirlər. Acı həqiqət olan bölgə dövlətlərinin bəzilərinin onlarla müttəfiq olması həmin çirkinliklərin davamıdır.  
Həcc əməllərində (səy, təvaf, ərəfat və şeytanı daşlamaq) və Həccin vəhdət, əzəmət və şüarlarında bizə göstərilən doğru yol (sirati-müstəqim), Allaha təvəkkül etmək, Allahın tükənməz gücünə diqqət yetirmək, özgüvənlilik,  çalışmaq, irəliləməkdə əzmkar olmaq və qələbəyə ümiddir.


İslam coğrafiyasında baş verən hadisələr bu ümidi və əzmkarlığı daha da artırır.  Bir tərəfdən, İslam dünyasında baş  verən xoşagəlməz hadisələr, elmi geriləmələr,  siyasi asılılıqlar, ictimai və iqtisadi çatışmazlıqlar  bizi böyük öhdəliklər qarşısında qərar verir və yorulmadan çalışmağa sövq edir. İşğal olunmuş Fələstin bizi köməyə çağırır, qana boyanmış məzlum Yəmən qəlblərimizi ağrıdır, Əfqanıstanda baş verən müsibətlər hamını narhat edir, ABŞ və müttəfiqlərinin müdaxiləsi və çirkin əli olan İraq, Suriya, Livan və  bəzi digər müsəlman ölkələrindəki acı hadisələr gənclərin qeyrətini çuşa gətirir və mübarizə aparmaq üçün onlara ilham verir.  Digər tərəfdən, bütün bu həssas bölgələrdə müqavimət nişanələrinin baş qaldırması,  xalqların oyanışı, istedadlı gənc nəslin motivasiyası qəlbləri ümidlə doldurur. 


Fələstində  bütün sahələrdə “Qüds qılıncı” qınından çıxarılıb.  Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində,  1948-ci ildə işğal olunmuş ərazilərdə, qaçqın düşərgələrində  hamı ayağa qalxdı və  12 gün ərzində təcavüzkarların burnunu yerə sürtdü.  Mühasirədə saxlanılan və yalqız qalan Yəmən  7 ildir ki,  daşürəkli, məzlumları qətlə yetirən pis düşmənin cinayətllərinə və təcavüzünə dözür.  Yoxsulluq, ərzaq və dərman çatışmazlığı ilə üz-üzə olsa da, təcavüzkarlara  boyun əymir və onları öz təşəbbüs və gücü ilə torpaqlarından qovur. 
İraqda müqavimət gücləri  aydın və birmənalı olaraq işğalçı ABŞ və onun əlaltısı olan İŞİD-i  geriyə otuzdurur. Öz qətiyyətli iradələri ilə   ABŞ və müttəfiqlərinin hər növ dəxalət və çirkin planları ilə çəkinmədən mübarizə aparırlar. 
Amerikalıların təbliğat maşınının İraqda,  Suriyada, Livanda və digər ölkələrdə müqavimət güclərinin və qeyrətli gənclərin əməl və istəklərini  təhrif edərək, onların gördüyü işləri hər hansı bir ölkəyə bağlamağa çalışması  bu qorxmaz və oyaq gənclərə hörmətsizlik və  Amerikalıların bölgə xalqlarını düzgün  analiz edə bilməməsi və düzgün anlammasından  irəli gəlir. 


Elə bu düzgün analiz edə bilməmək və düzgün anlamamaq ABŞ-ın Əfqanıstanda təhqir olmasına səbəb oldu.  İyirmi il öncə səs-küylə bu ölkəyə girdikdən, uzun illər  müdafiəsiz və dinc sakinlərin üzərinə bomba və güllə yağdırdıqdan sonra  özünü batlaqda hiss etdi və  öz hərbi güc və texnikasını Əfqanıstandan çıxartdı. Əlbəttə, Əfqanıstanın oyaq xalqı  ABŞ-ın yumşaq müharibə silahları və kəşfiyyat vasitələri qarşısında ayıq-sayıq olmalı və mübarizə aparmalıdırlar. 
Bölgə xalqları ayıq-sayıq olduqlarını sübut ediblər. Həmin xalqlar göstəriblər ki,  ABŞ-ı özlərindən razı saxlamaq üçün önəmli Fələstin məsələsində onun istəklərinə boyun  əyən bəzi dövlətlərlə onların yolu  və baxışı fərqlidir.   Qəsbkar sionist rejimlə aşkar və gizlin dostluq nərdi oynayanlar Fələstin xalqının öz tarixi torpaqlarındakı haqqını danırlar, Fələstinlilərin sərmayəsini oğurlayırlar.  Onlar öz ölkələrindəki təbii sərvətləri talan etməklə kifayətlənməyib, indi də Fələstin xalqının sərvətlərini talan edirlər. 

 

 

 

Qardaşlar və bacılar!


Bizim bölgəmiz və orada baş verən sürətli və dəyişkən hadisələr dərs və ibrət alma sərgisidir.  Bir tərəfdən, təcavüzkarla mübarizə və müqavimət nəticəsində ortaya çıxan qüdrət, digər tərəfdən də, zəifliyi, təslim olması və boyun əyməyə məcbur olması nəticəsində ortaya çıxan zillət.


 Allahın yolunda cihad edənlərə yardım etməsi Allahın sadiq vədəsidir. 

اِن تَنصُرُوا اللَّهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم

“... Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.”
(“Muhəmməd” surəsi, ayə 7.)


Bu cihadın ilk təsiri ABŞ və  digər beynəlxalq hegemonların  İslam ölkələrinə müdaxiləsi və çirkinliklərinin qarşısını almaqdır, inşallah. 


Mütəal Allahdan müsəlman xalqlarının qələbəsini istəyir, İmam Zamana  (əc)  salam göndərir, böyük İmam Xomeyni və şəhidlərin məqamının ucaltmasını diləyirəm.

Və Salam olsun Allahın saleh bəndələrinə!

Seyid Əli Xamenei

26 tir 1400-cü günəş ili

6 zihəccə 1442-ci h.q. ili

 


10:28 - 20/07/2021    /    say : 771515    /    göstərmə sayı : 45



çıx




 

persian  home

پيوند
 

 
Ustad Şəhriyarın
Qədir Xum
Uşaqlar üçün Qurban bayramı hekayəsi
Ali Məqamlı Rəhbərin Həcc müraciəti
Festival
Allahın adı ilə
həzrəti İmam Rzanın (ə)
Allahın adı ilə
Həkim Ömər Xəyyam Neyşapuri
Vebinar keçiriləcək
Vebinar keçiriləcək
Naxçıvan MR Mədəniyyət Nazirliyi
“Qüds günü” səmavi dinlərin doğulduğu yerə DƏSTƏK GÜNÜ
Ali Məqamlı Rəhbər:
sərgi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Altıncı beynəlxalq islam dünyası coğrafiyaçıları konqresi keçiriləcək
Allahın adı ilə
Mədəniyyət və İrşad nazirinin “Müqəddəs müdafiə” nin 40-cı ildönümü münasibəti ilə bəyanatı
Şeir, Fars ədəbiyyatı və Ustad Şəhriyarın anım günü
İran İslam İnqilabının rəhbəri: “Fransız nəşrinin Peyğəmbəri (s.ə.s) təhqir etməsi bağışlanmaz günahdır”
Ədəbiyyat və Şərqşünaslıq sahəsində məqalə qəbulu
Məhərrəm ayı münasibəti ilə başsağlığı veririk
İslam İnqilabının Ali rəhbəri Ayətullah Təsxirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
"Qədir-Xum" dinimizin kamil olduğu gün
Ali Məqamlı Rəhbər:
34-cü Beynəlxalq Xarəzm Festivalında qeydiyyat olunmaq üçün elan
İran və Naxçıvan arasında dini və elmi əməkdaşlıq inkişaf edir
İran və Naxçıvanın ortaq incəsənət əlaqələri inkişaf edir
Beynəlxalq Mədəniyyət Festivalında Naxçıvanlı tərcüməçiyə Beynəlxalq Şəhriyar Medalı təqdim olundu
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Xəbər Tərcüməsinin İnikası
Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb
Naxçıvan Universiteti ilə Şəbüstər Azad İslam Universiteti arasında Elmi Əməkdaşlıq Müqaviləsi bağlandı
Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır
İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının üzvləri Naxçıvandakı Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri adlı sərginin qapanış mərasimində iştirak ediblər
Naxçıvanda "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı sərgi təşkil olunacaq.
Əbülfəz Qarayev - İran və Azərbaycan ortaq tarixi köklərə malikdirlər.
İbrahim Türkmən: Mədəni Bağlılıqİran və Azərbaycanın Ortaq Mirasıdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Azərbaycan Mədəniyyət Həftəsi
Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin
İmamın (r.ə) baxışında Fələstin
Tərcümə olunan "Xatirələr Aləmində" kitabının təqdimatı+Film
Naxçıvanlı rəssam tərəfindən çəkilmiş İmam Xomeyninin portretinin təqdimatı+Film
Naxçıvanda “ Mehriban İmam” foto sərgi keçirildi
“Xatirələr aləmində” kitabına bir baxış
Naxçıvanda “İmam Xomeyni həzrətlərinin irfani, əxlaqı və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirildi
Naxçıvanda imam Xumeyninin (r.ə) irfan, əxlaq və tərbiyyəvi xüsusiyyətlərinin araşdırılması ilə bağlı konfrans təşkil olunub.
İran seçkiləri və media gücü
İranda prezident seçkiləri öncəsi debatlar
İranda keçirilən seçkilər və itirlmiş demokratiya
Saytın Məqalə Bankındakı Məqalələrin Siyahısı
Naxçıvanlı rəssam Sabir Məmmədovun fərdi sərgisi təşkil olunub
Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam Ölkələri Oyunları
İranlı və Naxçıvanlı İdmançıların Qarşılıqlı Əlaqələri Yüksələn Xəttlə İnkişaf Edir
Naxçıvanda Novruz Bayramının Qarşılanması
Fars dili kursı 2017
Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir – VİDEO
İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Xocalı faciəsi, İslam Dünyasının Böyük Müsibətidir
Ayətullah Şəbüstəri: Xocalı şəhidlərinin pak ruhlarına salam göndəririk.
Keyhan Kalhorun qrupu Oskar Musiqi mükafatına layiq görüldü
İmam Xumeyninin (rə) məşhur fotoqrafı kimdir?
İran İslam İnqilabının 38 – ci ildönümü günündə Naxçıvanda möhtəşəm konsert təşkil olunub
İİR – ın Naxçıvandakı Mədəniyyət Mərkəzi sərgisi təşkil etdi
Naxçıvanla İran arasında mədəniyyət və turizm əlaqələri genişlənir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini İranın Naxçıvandakı başkonsulluğunda olub
ELAN
17 mərtəbəli Plasco binası cöküb
“ Ayətullah Rəfsəncani həm İran və həmdə Azərbaycan üçün böyük və önəmli şəxsiyyət idi”.
Naxçıvanın tanınması İranda günbəgün genişlənir
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmməd(s) və İmam Cəfər Sadiq(ə)ın mübarək mövlud günüdür
Əhli beytin (ə) səsi Müəzzinzadə
Urmiyadan Naxçıvana bir baxış
İslam aləminin ən tanınmış alimlərindən olan Ayətullah Musəvi vəfat etdi
İslam dünyasının parlayan ulduzu Səlim Müəzzinzadə dünyasını dəyişdi
Lavaş Yuneskoda qeydə alındı
Naxçıvan ilə İran arasında elmi əlaqələr genişlənir
Ustad Kəriminin Milli Konqresi pozitiv düşüncəli cəmiyyət üçün fürsətdir
Naxçıvan kəhrizləri tədqiq edilir
Yəzd və Naxçıvan arasında müqavilə
İran İslam Respublikasının Yuneskoya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin Naxçıvan səfəri
Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi ilə tanışlıq
"Məhəmməd(s.ə) Peyğəmbər" filmi, Türkiyənin 400 kinoteatrinda ekran edilib
Urmiyada Kərim Marağayinin anım tədbiri keçirildi
Qedir Xum Bayramınız Mubarek!
İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir
Mina faciəsinin birinci ildönümü
Naxçıvanlı tələbələrin İrandaki elmi naaliyyətləri
Mina faciəsi 1 il öncədən film vasitəsilə planlaşdırılıbmış
Mina faciəsi beynəlxalq vəkillər tərəfindən araşdırılacaq
Tarixi Binaların Restorasiyası Fondunun tanıtdırılması
Tehran konserti
Urmiyanın Naxçıvan xəbərləri