پنج شنبه 07 بهمن 1400

Tehran ostanlığının təqdimatı

Türbələr:

Toğrul Məzarüstü türbəsi:

Toğrul türbəsi İranın ən mühüm bürclərindən biri sayılır. Bu türbənin daxili divarları gildən, xarici isə kərpicdəndir.  Dəyirmi bir platforma üzərində tikilmiş olan bu türbə günəşlə əhatə olunmuşdur. Bürcün diametri  21.20, hündürlüyü, 50.20, divarlarının diametri ilə olan eni isə 2.80 metrdir. Ön tərəfi  kərpic ilə bəzədilən bu bina tarixi baxımdan Səlcuqlar dövrünə aid edilir. Bu türbənin hasarları daxilində Ustad Seyid Məhəmməd Muhit Təbatəbayinin məzarı yerləşir.

 

 

 

 

 

Şibli Məzarüstü türbəsi, Dəmavənd

Dəmavənd şəhərinin uzaq şərq hissəsində, Tehran yaxınlığındakı təcrid olunmuş bir təpənin üzərində yerləşən bu türbə yaşıl bağlarla əhatə olunub. Təqribən 10 metr hündürlüyü olan bu dəyərli tarixi kərpic məzarüstü türbə ön hissəsi səkkizbucaqlı dairəvi kərpicdən tikilmiş binadır. Bu türbəni Samanilər dövründə Buxarada tikilən binalarla müqayisə etmək olar. Bununla da onun qədimliyinin hicri 5-ci əsrə( miladi 11 – ci əsr) qədər çatdığını görə bilərik. ( Naxçıvandakı Atabəylər dövründə tikilən Mömünə Xatun və Yusif İbn Küseyir türbələri)

 

Şahzadə Hüseyn Məzarüstü türbəsi

Memarlıq baxımından

Əlaüddövlə Məzarüstü türbəsi

      Came məscidinin şimalında təcrid olunmuş bir bina olan Əlaüddövlə Məzarüstü Türbəsi Varomin meydanının yaxınlığında yerləşir. Əlyazmaların bir qismi bu türbəni Əlaəddin də adlandırıblar. Tarixi baxımdan kitabələrdə qeyd olunan qəbr sahibi Əlaəddövlə hicri – qəməri 675 – ci ildə Monqol Elxani hökmdarlığı dövründə vəfat edib. Türbənin bitiş müddəti 688 – ci hicri – qəməri Orğun xanın hökmdarlığının son tarixinə təsadüf edir. Belə ki, əlimizə yetişən  kitabələrə əsasən onun şəcərəsi imam Səccad əleyhissalama yetişir.

 

Kerdan Məzarüstü Türbəsi

Kerdan kəndi Kərəcin 22 kilometr şimal – qərbində, Kərəc – Qəzvin magistral yolunun üzərində yerləşir. Bu türbə kənddən 800 kilometr məsafədə yerləşir və onun içərisində şahzadə Hüseyn dəfn olunub.

 

                           Meydank Məzarüstü Türbəsi     

Kərəc – Çalus magistral yolunun 60 kilometrliyindəki Göçsər meydanı yaxınlığında yerləşən Meydank daş türbə binası günbəz və səkkiz güşədən təşkil olunmuşdur. Onun bir tərəfində isə eyvan tikilmişdir. Binanın daxili görünüşü kvadrat formasındadır. Daxili dekoru

Əli Hərraz Bulağı

Əli mineral bulağı Tehranın şimal şərqində Abe Əli kəndindən 60 kilometr məsafədə yerləşən, Mübarəkabad çay yatağının kənarında  qaynayır. Keçmişdə bulağın gözü  bir neçə dəfə dəyişdirilib. Hal – hazırda bulaq boru vasitəsi ilə butulka doldurma və qablaşdırma zavoduna nəql olunur. Qablaşdırıldıqdan sonra isə süfrələrdə istifadə olunur. Asid turşusu, kalsium bikarbonat və PH tərkibli Əli bulağının suyu  soyuqdur. Onun tərkibində dəmir və silisium də mövcuddur. Bulağın tərkibində dəmirin mövcud olması davamlı şəkildə Co2 – in yaranmasına və yerdə təzyiqin yaranmasına səbəb olur. Yerdən xaric olduqdan sonra, təzyiqin azalması səbəbindən, ondakı Co2 davamsız və çöküntü halında çıxır. Bu su ilə butulkalar doldurulan yerdən

 

 

 

Gele gilə bulağı

Tehrandan  təqribən 1000 kilometr aralıda olan bu bulaq Kərəc – Çalus magistral yolundakı Şəhrestank kəndinin ən uca nöqtəsində yerləşir. Şəhrestank kəndi Kərəc magistral yolundan 12 kilometr məsafədə yerləşir. Oradan 2 saatlıq piyada məsafədə yerləşən Nəsirəddin şahın yadigarı olan Nasiri sarayına da çatmaq olar. Bu saray indi Nurdan dağının dayandığı yerdədir. Bu yaylaq binasından az bir məsafədə bölgənin ən bolsulu bulaqlarından biri olan Gele gilə bulağı yerləşir. O, İstirahət baxımından çox əlverişlidir.

 

Əli çeşməsi

1940 – cı ildə Tehranda birinci göl açılana qədər, ( İbni Babaveyhin şimalında və  Reyin Siman zavodunun qərbində)  xalq Əli çeşməsindən üzmək üçün istifadə edirdilər. Bu bölgənin öncəki mədəniyyət keçmişi miladdan 4000 il əvvələ çatır. Bu yerdən Əməvi və Abbasi xəlifələrinin, həmçinin Səlcuqlu hökmdarlarının əşyaları aşkar olunmuşdur.

Vəli Gəçsər çeşməsi

Bu çeşmə Gəçsərin cənub – qərbində və Vəli kəndinin qərbində yerləşir. Onun Gəçsər hotelinə qədər olan məsafəsi 2 kilometrdir. Bu su çeşməsi bikarbonat kalsiumlu və soyuq kükürdlü sulardan biridir.

Qız Qalası Çeşməsi

Bu çeşmə Tehran – Amel magistral yolunun 2 kilometrliyində qız körpüsü ərazisində, Haşim İmamzadə günbəzi və Tehrana 50 kilometr məsafədə yerləşir. Bu çeşmə keçiddəki dağların yüksəkliyindən, çayın arasından  çıxaraq, cığıra, daha sonra isə çaya tökülür. Çeşmənin  adı burada olan qalanın adı ilə eynidir.

 

Kərəc Şahdəşt çeşməsi

Şahdəşt mineral bulağı Kərəcin 35 kilometr cənubunda yerləşir və onun suyu tərkibində  sulfat selenik və xlorkarbonat olması səbəbindən soyuqdur. Bu sular tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadədə çox təsirlidirlər və həmçinin bu suyun tərkibində yodun da olması səbəbindən, Quatr xəstəliyinin müalicəsi üçün də faydalıdır.

Elbruz çeşməsi

Bu çeşmə Şərqi Tehranın 60 kilometr şimalındakı  Abəli kəndində və Tehran – Amel magistral yolunun kənarındakı yerdən qaynayır. Keçmişdə çeşmədə bir zavod yaradılaraq, dovğa və şərbət hazırlanması üçün istifadə olunurdu.

 

Lar Şəlaləsi

Lar bölgəsinin mühüm gözəlliklərindən biri də onun Vana kəndinin yaxınlığında yerləşən şəlaləsidir. Bu şəlalənin özünəməxsus bir gözəlliyi var.

Doqlo şəlaləsi

2700 metr yüksəkliyə malik olan Doqlo şəlaləsi Pela şir qoruğunun altında yerləşir və Şemiranat bölgəsinin ən gözəl şəlalələrindən biri sayılmaqla yanaşı yüksəklikdən zövq alan dağçılıq həvəskarlarının da yorğunluqlarını aradan qaldırmaq üçün münasib məkanlardan biri hesab olunur. Bu şəlalə Elbruz dağının yüksəkliklərindəki qarların əriməsi nəticəsində yaranıb. Onun suyu o qədər güclüdür ki, hətta yayda belə qısa bir müddətdan artıq orada çimmək olmaz.  

Səngan şəlaləsi

Bu şəlalə Səngan kəndindəki Kən – Sulqan yolunun sonundadır. Bu şəlalənin zirvəsi Mart və aprel aylarında valehedicidir.

Piç ədran şəlaləsi

Tehranın ətrafında mövsümlük olan şəlalələrdən biri də, mövsümlük olaraq yay və yayda qarların əriməsi ilə yaranır. Kərəc – Çalus magistral yolunun 15 kilometrliyində yerləşir.

Tehran ostanlığında yerləşən digər şəlalələr

 

 

Abəli xizək kompleksi

Bu xizək kompleksi Tehrandan 50 kilometr aralıda, Heraz yolunun üzərində, 2800 metr hündürlükdə yerləşir. Təlim meydançaları, bu pisti ski (xizək) öyrənmək üçün ən münasib məkanlardan birinə çevirib. Həmçinin bu pistin 14 – 15 nəfəri qülləyə apara bilən avadanlıqların da aid olduğu Məhəmmədi adlı ailəvi bir lojası da mövcuddur. Bu avadanlıqlar pistin başlanğıcında yerləşdirilib. Abəli pistinin tenis kortu, minicilik meydançası, çərpələng uçurtma yeri, hotel və 3 restoranı, həkim qrupu da mövcuddur. Bu bölgədə xizək üçün ən münasib zaman oktyabr ayından başlayaraq mart ayının  sonlarına qədər olan müddət hesab olunur. Bu bölgənin pistlərindən bəziləri özəl olsalar da, hamının istifadəsi üçün sərbəstdirlər.

Toçal pisti

Toçal pisti Toçalın 5 telekabin dayanacağında , dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir. Qüllənin yanına qədər çatan Toçal telekabini həftədə 3 gün fəaliyyət göstərir. Beşinci dayanacağın sonunda, yeni idmana başlayanlar və peşəkarlar üçün iki pistlə təchiz olunmuşdur. Bir neçə restoran və istirahət məkanı da mövcuddur. Bu kompleks iki tele eski

 

Şimşək pisti

Şərqi Tehranın 58 kilometr şimalında yerləşən bu pist dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Uzunluğu 3000 metr olan pist noyabr ayından başlayaraq, mart ayının sonlarına qədər xizək sürmək üçün əlverişlidir. Şimşək pistinin əvvəllər xizəkçilər üçün hotel olan iki binası indi yataqxanaya çevrilmişdir.

Dizin pisti

Dizin pisti Tehrandan 60 kilometr aralıda, Çalus yolunun üzərində, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə yerləşir. 23 lift xizək yolu, 3 telekabin və 2 telesiyej, 7 tele eski və ikitəkərli qaldırıcılar mövcuddur. Təlim imkanları və tenis kortları, voleybol meydançası, uşaqların oyun yerləri, çəmən üzərində xizək pisti də təşkil olunmuşdur. Həmçinin, alpinizm üçün yüksəkliklər, yol bələdçiliyi və atçılıq meydançası üçün də mövcuddur. Həmçinin velosiped sürmək üçün yolları və altı restoranı da mövcuddur. Bu pist Mədəni Miras və Turizm İdarəsinin təşkilatçılığı ilə fəaliyyət göstərir.

 

Çitgər Meşə Parkı

1450 hektarlıq ərazidə yerləşən ağaclarla dolu bu parkda velosiped sürmək üçün iki pist, şimaldan Çitgər ərazisinə, cənubdan Kərəc magistral yoluna, qərbdən Peykanşəhr, şərqdən isə Dovşan dərəsi ilə əhatə olunub. Çitgər parkı ilin bütün fəsllərində istifadə oluna bilən ostanın ən böyük meşə parklarından biridir. Bu gülüstan məkan xalqın boş vaxt  və həftəsonunu keçirməsi üçün çox əlverişlidir.

Ləvizan Meşə Parkı

1100 hektarlıq geniş bir ərazidə yerləşən bu park daha çox əyləncə üçün istifadə olunur. Şimaldan Quçek, cənubdan Şəmsabad, qərbdən Ləvizan kəndi, şərqdən isə Xatəmulənbiya ilə əhatə olunub. Ləvizan parkı da ostanın, xüsusən də Tehranın  böyük əyləncə və istirahət parklarından biridir.

Verdavərd Meşə Parkı

Ostanın ən böyük ikinci parkı olan, Vərdavərd dağları ilə əhatə olunan və 1020 hektarlıq bir ərazidə yerləşən Verdavərd Meşə Parkı Kərəc magistral yolunda yerləşir. Ostanın ərazisində başqa bir neçə park meşə parkları da mövcuddur ki, onlarında bir çoxları turizm üçün əhəmiyyətlidir. Tehran ostanlığının bir neçə təbii meşəliyi bir neçə yerdə yerləşirlər.

 

persian  home

پيوند
 

 
Ustad Şəhriyarın
Qədir Xum
Uşaqlar üçün Qurban bayramı hekayəsi
Ali Məqamlı Rəhbərin Həcc müraciəti
Festival
Allahın adı ilə
həzrəti İmam Rzanın (ə)
Allahın adı ilə
Həkim Ömər Xəyyam Neyşapuri
Vebinar keçiriləcək
Vebinar keçiriləcək
Naxçıvan MR Mədəniyyət Nazirliyi
“Qüds günü” səmavi dinlərin doğulduğu yerə DƏSTƏK GÜNÜ
Ali Məqamlı Rəhbər:
sərgi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Altıncı beynəlxalq islam dünyası coğrafiyaçıları konqresi keçiriləcək
Allahın adı ilə
Mədəniyyət və İrşad nazirinin “Müqəddəs müdafiə” nin 40-cı ildönümü münasibəti ilə bəyanatı
Şeir, Fars ədəbiyyatı və Ustad Şəhriyarın anım günü
İran İslam İnqilabının rəhbəri: “Fransız nəşrinin Peyğəmbəri (s.ə.s) təhqir etməsi bağışlanmaz günahdır”
Ədəbiyyat və Şərqşünaslıq sahəsində məqalə qəbulu
Məhərrəm ayı münasibəti ilə başsağlığı veririk
İslam İnqilabının Ali rəhbəri Ayətullah Təsxirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
"Qədir-Xum" dinimizin kamil olduğu gün
Ali Məqamlı Rəhbər:
34-cü Beynəlxalq Xarəzm Festivalında qeydiyyat olunmaq üçün elan
İran və Naxçıvan arasında dini və elmi əməkdaşlıq inkişaf edir
İran və Naxçıvanın ortaq incəsənət əlaqələri inkişaf edir
Beynəlxalq Mədəniyyət Festivalında Naxçıvanlı tərcüməçiyə Beynəlxalq Şəhriyar Medalı təqdim olundu
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Xəbər Tərcüməsinin İnikası
Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb
Naxçıvan Universiteti ilə Şəbüstər Azad İslam Universiteti arasında Elmi Əməkdaşlıq Müqaviləsi bağlandı
Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır
İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının üzvləri Naxçıvandakı Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri adlı sərginin qapanış mərasimində iştirak ediblər
Naxçıvanda "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı sərgi təşkil olunacaq.
Əbülfəz Qarayev - İran və Azərbaycan ortaq tarixi köklərə malikdirlər.
İbrahim Türkmən: Mədəni Bağlılıqİran və Azərbaycanın Ortaq Mirasıdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Azərbaycan Mədəniyyət Həftəsi
Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin
İmamın (r.ə) baxışında Fələstin
Tərcümə olunan "Xatirələr Aləmində" kitabının təqdimatı+Film
Naxçıvanlı rəssam tərəfindən çəkilmiş İmam Xomeyninin portretinin təqdimatı+Film
Naxçıvanda “ Mehriban İmam” foto sərgi keçirildi
“Xatirələr aləmində” kitabına bir baxış
Naxçıvanda “İmam Xomeyni həzrətlərinin irfani, əxlaqı və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirildi
Naxçıvanda imam Xumeyninin (r.ə) irfan, əxlaq və tərbiyyəvi xüsusiyyətlərinin araşdırılması ilə bağlı konfrans təşkil olunub.
İran seçkiləri və media gücü
İranda prezident seçkiləri öncəsi debatlar
İranda keçirilən seçkilər və itirlmiş demokratiya
Saytın Məqalə Bankındakı Məqalələrin Siyahısı
Naxçıvanlı rəssam Sabir Məmmədovun fərdi sərgisi təşkil olunub
Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam Ölkələri Oyunları
İranlı və Naxçıvanlı İdmançıların Qarşılıqlı Əlaqələri Yüksələn Xəttlə İnkişaf Edir
Naxçıvanda Novruz Bayramının Qarşılanması
Fars dili kursı 2017
Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir – VİDEO
İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Xocalı faciəsi, İslam Dünyasının Böyük Müsibətidir
Ayətullah Şəbüstəri: Xocalı şəhidlərinin pak ruhlarına salam göndəririk.
Keyhan Kalhorun qrupu Oskar Musiqi mükafatına layiq görüldü
İmam Xumeyninin (rə) məşhur fotoqrafı kimdir?
İran İslam İnqilabının 38 – ci ildönümü günündə Naxçıvanda möhtəşəm konsert təşkil olunub
İİR – ın Naxçıvandakı Mədəniyyət Mərkəzi sərgisi təşkil etdi
Naxçıvanla İran arasında mədəniyyət və turizm əlaqələri genişlənir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini İranın Naxçıvandakı başkonsulluğunda olub
ELAN
17 mərtəbəli Plasco binası cöküb
“ Ayətullah Rəfsəncani həm İran və həmdə Azərbaycan üçün böyük və önəmli şəxsiyyət idi”.
Naxçıvanın tanınması İranda günbəgün genişlənir
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmməd(s) və İmam Cəfər Sadiq(ə)ın mübarək mövlud günüdür
Əhli beytin (ə) səsi Müəzzinzadə
Urmiyadan Naxçıvana bir baxış
İslam aləminin ən tanınmış alimlərindən olan Ayətullah Musəvi vəfat etdi
İslam dünyasının parlayan ulduzu Səlim Müəzzinzadə dünyasını dəyişdi
Lavaş Yuneskoda qeydə alındı
Naxçıvan ilə İran arasında elmi əlaqələr genişlənir
Ustad Kəriminin Milli Konqresi pozitiv düşüncəli cəmiyyət üçün fürsətdir
Naxçıvan kəhrizləri tədqiq edilir
Yəzd və Naxçıvan arasında müqavilə
İran İslam Respublikasının Yuneskoya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin Naxçıvan səfəri
Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi ilə tanışlıq
"Məhəmməd(s.ə) Peyğəmbər" filmi, Türkiyənin 400 kinoteatrinda ekran edilib
Urmiyada Kərim Marağayinin anım tədbiri keçirildi
Qedir Xum Bayramınız Mubarek!
İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir
Mina faciəsinin birinci ildönümü
Naxçıvanlı tələbələrin İrandaki elmi naaliyyətləri
Mina faciəsi 1 il öncədən film vasitəsilə planlaşdırılıbmış
Mina faciəsi beynəlxalq vəkillər tərəfindən araşdırılacaq
Tarixi Binaların Restorasiyası Fondunun tanıtdırılması
Tehran konserti
Urmiyanın Naxçıvan xəbərləri