پنج شنبه 07 بهمن 1400

Ərdəbil Ostanlığı
Abbasi Nəğdi Kəndi Karvansarası
Bu karvansara Ərdəbil – Meşkin magistral yolunun 200 metr kənarında, Ərdəbildən 35 kilometr məsafədə Nəğdi çayının kənarında,  bir qədər çökəklikdə olan Nəğdi – Kəndi dərəsinin yaxınlığında , yamyaşıl və ağaclarla əhatə olunan bir yerdə yerləşir. Abbasi Nəğdi Kəndi karvansarayı üslub və plan baxımından dağlıq zonaya daha uyğundur. Tərkibində olan materialları tikinti və əhəng daşlarından olan bu karvansaranın ölçüləri 30 X 29 metrdir. Binanın fundamentində yonulmuş qranit daş növlərindən istifadə olunmuşdur.  Binanın girişi qərb tərəfdə yerləşir. Bu hissədən daxil olduqdan sonra, dəhlizin hər iki tərəfində iki otaq var. Ondan sonra salona daxil olunur. Şimal və cənub korreksiyasında 4 hücrə hörülüb. Bu otaq və hücrələrin arxası şərq hissədir. Bu bina Səfəvilər dövründən qalmış binalar sırasındadır. Karvansaranın 100 metr şərqində təbii bir təpənin üzərində kiçik bir qəbristanlıq yerləşir. Ehtimal olunur ki, bu qəbristanlıq karvansaranın tikildiyi zamana aiddir. Özünəməxsus xüsusiyyətlərinin olması və Ərdəbil – Meşkin magistral yolunun üzərində yerləşməsi səbəbindən oradan ənənəvi kafe kimi də istifadə etmək olar. Əlbəttə bu iş üçün oranın xüsusi təmir və bərpasına ehtiyac var. Binanın mühüm xüsusiyyətlərindən onun dağ şəraitinə uyğun dizaynını qeyd edə bilərik. Sənədləşmə və qeydiyyat mərhələlərində tarixi və milli əsərlərdə bugünədək izlənilib. Yəni, karvansara Nəğdi Kəndi kəndinin sakini olan Hacı Sultan Əli Cəfərinin şəxsi malikanəsində  yerləşirdi.
Sdasdjkfdjfklısd gjkısd
Sərbaze Vətən ( Vətən əsgəri ) karvansarayı ( Qanlıbulaq )
Sərbaze vətən ( Vətən əsgəri)  karvansarayı eyni adlı kənddə, Erşaq bölgəsinin şimalında, İran Azərbaycan sərhəddindən 800 metr aralıda, mərkəzi hissədən ( Rzəvidən) 20 kilometr şimalda yerləşirdi. Onun Meşkinşəhrin mərkəzinə qədər olan məsafəsi 95 kilometrdir. Qanlıbulaq karvansarayının Səfəvilərin İslam dövrünün üslubu və tərzinə uyğun olaraq 4 eyvanlı formada tikilib. Karvansarayın xarici görünüşünə tağları və kaşı bəzəkləri daxildir. Sadəcə xarici dekorativ əlamətlər sırasına  içəriyə daxil olmaq üçün səkkiz güşəli bir darvaza daxil idi. Karvansara 4 metr sahəyə, 5/3 metr hündürlüyə və hər iki tərəfdə 3 otağa malik idi.  Karvansaranın xarici görünüşü köhnə tağlar və kaşı dekorlarla bəzədilmişdir. Onun dekor xüsusiyyətləri sırasında sadəcə olaraq divarının xarici görünüşü romb formasında olan füqurlarla bəzədilib. Onun səkkizgüşəli şimal divarının görünüşü yanmış kərpiclə bəzədilmiş romb şəklindədir. Karvansaranın həyətinin mərkəzi 27/5 x 27/5 ölçülərindədir. Eyvanların hər iki tərəfində olan hücrələrin sayı isə 21 ədəddir. Bu karvansara kəsilmiş köhnə daşlardan ibarətdir. Ən kiçik otağın ölçüsü 3x4 metr, ən böyük otağın ölçüsü isə 10x3 metr ölçüsündə tikilmişdir. Karvansaranın bu hissəsi və xarab olan digər hissələri uzun müddət öncə kənd əhalisi tərəfindən düzəldilərək istifadəyə verilmişdir. Karvansaranın tikinti materialları 5x21x21 ölçülərində olan  kərpiclər və əhəng daşlarından ibarətdir. Eyvanların tağları cinaği tərzində, hücrələrin tavanları isə qısa günbəz formasında tikilmişdir. Karvansaranın cənub bucağında digər otaqlardan daha böyük olan bir otaq tikilmişdir. Ehtimal olunur ki, buranı dəzgahxana kimi istifadə etmək məqsədi ilə tikiblər. Həmçinin otaqların daxili rəf və soba yerləri olmaqla tikiliblər. 4 guşəli eyvanlar xarici formasına görə künclüdürlər. Bu memarlıq əsəri layihəsi və istifadə olunan materialları baxımından Səfəvilər dövrünün ən dəbdəbəli əsərlərindən biri hesab olunur.
Binanın ən bariz xüsusiyyətlərindən biri də onun bəzədilməsində yanmış kərpiclərdən istifadə olunmasıdır. Həmçinin binanın 4 eyvanlı formaya malik olması və Səfəvilər zamanından müasir dövrümüzədək salamat qalan yeganə  4 eyvanlı  memarlıq əsəri olması onu daha da maraqlı etməkdədir. Hələ ki, bu binanın bəzi hissələrinin dağılması səbəbindən ondan istənilən kimi  istifadə etmək mümkün olmur. Lakin təmir və bərpa olunaraq ondan kəndin təhsil mərkəzi və ya sərhəd bazarçası kimi istifadə etmək mümkündür. Bu bina hal – hazırda Mədəni İrs və Turizm Təşkilatının diqqət mərkəzindədir. Bu karvansaranın Ərdəbil ostanlığında yeganə 4 eyvanlı bina olması səbəbindən, təmir – bərpa üzrə tədqiqatçıları, dizaynerlər, təşkilatçılar və arxeoloqlar onun təmiri, mühafizəsi və bərpası məsələsinin həddən artıq əhəmiyyətli bir iş olduğunu bildirirlər. Həmçinin bu qədim memarlıq abidəsinin tarixin bir hissəsi olması və İslam torpağının ixlasla qorunmasındakı xatirələri baxımından onun adının Milli əsərlər siyahısında üeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Şorgel Karvansarası
Bu karvansara Biləsuvar çölündə, Şorgel bölgəsinin Şorgel kəndində yerləşir. 150x 200 metr sahəni əhatə edən  Şorgel karvansarası ətrafındakı yerlərdən 3 metr hündürlüyə malik olan bir təpənin üzərində yerləşir. Bu karvansaranın ölçüsü 20x29 metrdir. Binanın girişi cənub istiqamətdəndir. Binaya daxil olduqdan sonra 6 metr uzunluğa malik olan bir dəhliz tikilmişdir. Bu dəhliz vasitəsilə 18x9 ölçüsündə olan mərkəzi həyətə daxil olursunuz. Bu karvansarada İslami dövrdən, həmçinin tarixi Əşkanilər dövründən qalan dulusçuluq materiallarının hicri – qəməri beşinci əsrdən səkkizinci əsrə qədər olan dövrə aid olduğu dəqiqləşdirilib.

Yeddibulaq Körpüsü
 
Yeddibula körpüsü də Ərdəbil ostanlığının digər körpüləri kimi tarixi körpülərdən biridir. Bu körpü şəhərin sahil prospektinin əvvəlindəki 15 xordad meydanında yerləşir. Bu körpü Balxəli çayının üzərində inşa olunub. Yeddibulaq körpüsü 7 gözdən və daş sütunlardan ibarətdir. Simmetrik formaya malik olan bu körpünün orta ağızlığı körpünün ağızlıqlarının daha geniş olmasına səbəb olmuşdur. Səfəvilər dövrünün yadigarı olan bu körpü 1995 – ci ildə bərpa olunmuşdur.
Yaqubiyyə Körpüsü
 
Səfəvilər dövrünə aid olan bu körpü Yaqubiyyə küçəsinin əvvəlində, Balxo çayının üzərində tikilib. 5 sütundan ibarət olan bu körpü kəmərvari tağlar və kərpic zirzəmidən ibarətdir. 5 gözlü tağdan ibarət olan Yaqubiyyə körpüsünün fasadı kərpicdən ibarətdir. Bu körpü assimetrik formaya malikdir. Körpünün orta girişi ətraflarından daha böyükdür. Körpünün daha böyük olması körpünün daha geniş bucaqlara malik olmasına səbəb olub.

Almas Körpüsü
Bu körpü Balxolu çayının üzərində, Ərdəbil şəhərinin qərbində, Ərdəbil – Sərab yolunun üzərində tikilib. Yeni körpü tikilməmişdən əvvəl nəqliyyat vasitələrinin gediş – gəlişi bu körpünün üzərindən həyata keçirilirdi.
Docağ
Bu körpü Qarasu çayının üzərində tikilib. Bir gözü olan bu körpünün materiallarını kərpic və daş fasadlar təşkil edir. Docağ körpüsü 1939 – cu ildə Meşkinşəhrin qədim bir körpüsü üzərində, qədim Meşkinşəhr – Ərdəbil yolunda Ərbabkəndi və Gəndişmən kəndlərinin arasında, Qarasu çayının qərb tərəfində tikilmişdir. Onun tikilmə tarixi onun üzərində olan bir kitabənin üzərində yazılıb.

İbrahimabad Körpüsü
Ərdəbil şəhərinin İbrahimabad küçəsinin əvvəlində Balxəlu çayı ilə üzbəüzdə tikilən bu körpü Səfəvilər dövrünə aiddir. Adam Olaryus yazır: Ərdəbil şəhərinin içərisindən keçən Balxəlu çayı iki qola bölünüb. Petrodolavalenin də öz səyahətnamə əsərində qeyd etmiş olduğu İbrahimabad körpüsü xarici görünüşü baxımından digər körpülərə bənzəyir.
Qarasu körpüsü ( Zağalan)
Balxo çayının üzərində tikilmiş bu körpünün 7 gözü ( sütunu ) mövcuddur. Onun tikilişini Səfəvilər dövrünə aid edirlər. Körpü xeyriyyəçi Məsir Həmzə Nənə  Kəran adlı bir nəfər tərəfindən yenidən bərpa olunub.
Firuzabad körpüsü
Bu körpü Kövsər şəhərinin Firuzabad hissəsində yerləşən və Qızılüzən çayının bir çox qollarından biri olan Firuzabad çayının üzərində inşa edilib. Qövsvari eliptik formadan təşkil olunan və bir girişə malik olan Firuzabad körpüsü 4 tərəfdən müxtəlif hündürlüklərdə olan tağlarla əhatə olunub.
Gilandeh Körpüsü
Bu körpü Ərdəbil Astara prospektinin 15 kilometrliyində, Gilandeh kəndinin yaxınlığında yerləşir. Gilandeh körpüsü Ərdəbil – Astara yolunun kəsişməsində, Balxəli çayının üzərində tikilib. Bu körpü 4 pilləli bulaq, daş sütunlar, tağlar və kərpic daşlardan təşkil olunub. 1994 – cü ildə üzərində bərpa – təmir işləri aparılan Gilandeh körpüsü Səfəvilər dövrünün yadigarıdır.

Cəcin və ya Daşkəsən körpüsü
Bu körpü Ərdəbil şəhərinin daxilində Balxo çayının üzərində tikilib. Cəcin körpüsü 7 sütuna malikdir və indi də xalq tərəfindən istifadə olunur.
Kəlxoran Körpüsü
Bu körpü Kəlxoran çayının üzərində, həmin adlı kənddə tikilmişdir. Onun 6 . Səfəvilər dövründə təmir edildiyi ehtimal olunan körpünün orjinal bünövrəsini Səlcuqlu və Elxanilər dövrünə aid edirlər. 3 gözlü Kəlxoran körpüsü daşlardan, əhəng qarışığından, 20 x 20 ölçülərində olan kərpiclərdən və gəcdən təşkil olunub. Körpünün orta ağızlığının ətrafındakı ağızlıqlardan daha böyük olması körpünün gövdəsinin hər iki tərəfində olan girişlərinin simmetrik formada yerləşməsinə səbəb olmuşdur.
Naderi Körpüsü
Ərdəbil şəhərində yerləşən Naderi körpüsü Bəlxori çayının üzərində tikilib. Bu körpünün estakadaları 4 sütunlu kərpic, daş fasad və kərpic tağlardan ibarətdir. Pəhləvilər dövründə Səfəvilərdən yadigar qalan və Ərdəbil – Təbriz yolunun əlaqə vasitəsi olan Naderi körpüsü ikinci dəfə olaraq tikilib.  
Pərdisan körpüsü
Pərdisan ( Pərdis) körpüsü Xalxalın Firuzabad bölgəsinin Pərdisan kəndində yerləşir. Qızılüzən çayının üzərində yerləşən bu körpü Səfəvilər dövrünə aiddir. Pərdisan körpüsü Ərdəbil – Zəncan karvanının yol qovşaqları burada cəmləşmişdi. “Qaflankuh qızı körpüsü” - nün ortası və girişi Azərbaycan Demokratik Firqəsi tərəfindən dağıdılmışdır.
Samyan körpüsü
Samyan körpüsü Ərdəbil şəhərinə bağlı olan qədim Ərdəbil – Meşkinşəhr küçəsinin 15 kilometrliyində, Muğan və Qafqaz istiqamətində olan Qarasu çayının üzərində yerləşir. Samyan körpüsü 6 gözlü bir körpüdür. Kərpiclə inşa olunmuş ayaq tağları daşdan ibarətdir. Orta gözünün daha böyük olması daha geniş olmasına səbəb olub.
Seyidabad Körpüsü
5 gözlü kərpic tağlarlardan ibarət olan Seyidabad körpüsü Balxo çayının üzərində Seyidabad küçəsinin əvvəlində Pirmadər ( yaşlı ana) məhəlləsində inşa edilib. Seyidabad körpüsünün 3 gözlü pilləsi yonulmuş daşlar, əhəng daşları, gəc və 20x20 ölçülərində olan kərpiclərdən tikilmişdir. Körpünün orta ağızlığı ətrafında olan ağızlıqlardan daha böyükdür. Bu ağızlıqlar hər iki tərəfdə bərabər formada yerləşiblər. Orta ağızlığın daha böyük olması körpünün künclərinin daha geniş olmasına səbəb olmuşdur. Səfəvilər dövrünün yadigarı olan bu körpü qədim Talış və Xalxal istiqamətində olan yolların Ərdəbillə  qovuşmasında darvaza rolunu oynamışdır.
Neyr Körpüsü
Ərdəbildən 40 kilometr cənub – qərbində yerləşən Neyrin mərkəzi hissəsində, Ağlağan çayının üzərində tikilib. Bu qala Səfəvilər dövrünə aiddir. Zdaha sonrakı dövrlərdə onun üzərində təmir – bərpa işləri həyata keçirilib. Bu səbəbdən də son zamanlara qədər də istifadəyə yararlı hesab olunmaqdadır. Bugün körpünün bir hissəsi, o cümlədən də, onun ağızlıqlarından biri dağıdılmışdır. Bu körpünün uzunluğu 70 metr, eni 5/10 metr, ağızlıqlarının sayı isə 4 ədəddir. Lakin bugün körpünün uzunluğunun yalnız 43 metri və 3 ağızlığı qalmaqdadır. 3 orjinal ağızlıq 6/56, 7/80, 6/76 metr ölçülərindədirlər.  Neyr körpüsünün çay yatağı daş ayaqcaqlarla örtülmüşdür. Daha sonra onun üzərindəki körpünün ayaqcıqları yonulmuş əhəng daşları ilə 40/1 metr  hündürlüyünə qədər çatdırıldı. Körpünün tağları 22 x 22x 4/5 santimetr ölçülərində olan kərpiclərlə tikilib. Körpünün digər konstruksiyaları kərpic və qələvi daşlarla ucaldılıb. Körpünün hər iki tərəfində yerləşən ayaqları dalğaları qıran rolunu oynayır.
Balaçay körpüsü
Bu körpü Ərdəbil – Astara yolunun 10 kilometr şimal – şərqində, Qarasu çayının qollarından birinin üzərində yerləşir. Körpü Qacarlar dövrünə aiddir. Müasir dövrdə bu körpünün kənarında tikilən yeni beton körpünün üzərindən Ərdəbil – Astrara asfalt yolu keçir. İki hissədən ibarət olan bu körpünün sonu təqribən 41 metr və kənarları ilə birlikdə 4/80 metrdir. Körpünün 4 göz və ya girişdən ibarət olan hissəsi yarıdairəvi formadadır. Bu körpünü tikmək üçün çay yatağını körpünün tikildiyi yerdən 7/10 metr diametrində döşəmə daşları ilə tikiblər. Daha sonra körpünün ayaqlarını iki üçbucaq formasında tikiblər. Yerin uzunluğu ilə səki daşlarının diametrini bir – birinə uyğunlaşdırıblar. Daha sonra isə onun üzərində körpünü inşa ediblər. Daha sonra isə iki tağları və körpünün kərpic hissəsini 22x 22x 4/5 santimetr ölçüsünə uyğun formada hazırlayıblar. Sütunları tikmək üçün qədim qəbir daşlarının parçalarından da istifadə olunub. Körpünün mərkəz hissəsində çəkini azaltmaq üçün boşluq hissələrdə tağlar yerləşdirilib.
Qəhqəhə Qalası
Meşkinşəhrin Ərşəq bölgəsinin Keçube kəndinin 3 kilometr qərbində daş təpənin üzərində tikilən bu qala dərə və səhralarla əhatə olunub. Üzərində qala tikilən bu təpənin yer səviyyəsindən olan hündürlüyü təqribən 1000 metrə yaxındır. Üzərində qalanın yerləşdiyi bu daş təpənin ayağından oraya daxil olana qədər qalanın şimal tərəfində qövsvari tağ formasında hilal şəklində olan kərpiclər görünür. Bunlar arasında olan məsafə təqribən 3 kilometrdir. Şimal – qərb istiqamətindəki yolun birbaşa qalaya birləşməsi mümkün olsaydı və bu yol qalaya doğru nə qədər qısaldılsaydı, daha ensiz və dar olardı. Bu qala dağın daxilindən qazılmış 11 gölə malikdir. Dağın zirvəsində kərpic və daş materiallarından tikilmiş otaqlar mövcuddur. Ehtimal olunur ki, bu otaqlar qalanın komandanına məxsus olub. Qala şərq bucaqdan baxıldıqda təqribən kvadrat formasındadır. Tarixi şahidlərin və memarların dediklərinə əsasən, qaya və dağın üzərində inşa olunmuş bu qaladan həm də zindan kimi istifadə olunmuşdur. İsmaililər dövründə bu qaladan həmçinin hərbi məqsədlər üçün də istifadə olunmuşdur. Səfəvilər dövrünün şahzadə və tacirlərinin də əksəriyyəti bu bölgədə yaşayıblar.
Oltan Qalası
Oltan Parsiabadın 3 kilometr yerləşən böyük bir kənddir. Oltan qalası Araz çayının 500 metr aralığında, bu kəndin kənarında yerləşir. Qala binasının xarici görünüşü hərbi qala binasını xatırladır. Bu qalanın banisi Əşkanilər olublar. Lakin münasib möhkəmləndirmə və bərpa işləri vasitəsi ilə bu qala 12 – ci əsrə qədər istifadə olunmuşdur.
Ağca Qalası
Bu qalanın materiallarını daş, kərpic, əhəng və gəc təşkil edir. Qala Kuhsəngi ( Daş dağ) dağının və Meşkinşəhrin Qaraqiyə kəndinin yaxınlığında yerləşir.

Div Qalası
Bu qala Meşkin şəhərinin Kəvic kəndinin 5 kilometr cənub – qərbində və Savalanın şimal ətəklərinin üzərində tikilib. Aparılmış ilkin arxeoloji tədqiqatlar onun quruluş tarixini Əhəmənilər dövrünə aid edirlər.
Narin Qala
Bu qala Ərdəbil şəhərinin daxilində, Ərdəbilin Ərk və ya Kohəndej şəhərində yerləşir. Balxo çayının kənarında yerləşən Narin qalanın möhkəm bürc və qüllələri mövcuddur. Narin qalasının qədimlik və tarixilik baxımından əlimizdə dəqiq bir məlumat mövcud deyil. Qala Ərdəbil şəhərinin hökumət həbsxanası və İran – rus müharibəsi zamanı döyüş sursatları anbarı sayılırdı. Bu qala 1934 – cü ildə dağıdılmış və təəssüflər olsun ki, binaya diqqət göstərilməmişdir.

Hir Qalası
Bu qala Ərdəbil şəhərinin 25 kilometr cənubunda Hir şəhərində yerləşir.
Qız Qalası
Qız qalası Biləsuvar gömrüyünə 17 kilometr məsafədə, Əncillo kəndində, Borzənd çayının kənarında Əşkanilər və Sasanilər dövrünə bağlı olan Biləsuvar şəhərində yerləşir.
Meşkinşəhrin Ərşəq Qalası
Meşkinşəhrin 35 kilometr şimal – qərbində, Dəşt kəndində, Ərşəq çayının qərb sahilinin mərkəzi hissəsində Ərşəq çayının qərb sahilində çoxlu bürclərə sahib olan bir qaladır. Lakin uzun zaman keçməsi səbəbindən qala da xarab olmuşdur.

Köhnə Qala
Köhnə Qala Meşkinşəhrin şərq yüksəkliyində Novruz bağı dərəsində olan bir qaladır. Xiyav çayının yuxarıdan aşağıya doğru axan hissəsi də burada sonlanır. Bu daş yüksəkliyin qarşısında Sasani pəhləvi dilində olan bir yazı da yerləşir. Onun daxilində olan hasarın hündürlüyü dörd metrdən artıqdır. Lakin xaricində olan hasarının hündürlüyü 8 metrdən daha artıqdır. Bu qalada köhnədən qalma ordu və kazarma əmlakları mövcud olduğundan burada hər hansı bir arxeoloji qazıntının aparılmasına icazə verilmir. Lakin ehtimal olunur ki, köhnə qala həmən qədim Sasani qalasının yerində tikilibmiş. Dərənin daxilində mövcud olan daş kitabədə Hörmüzün yerinə yetirmədiyi sözə işarə olunmuşdur.

Ərdəbil Bazar Kompleksi
 
İmam Xomeyni prospektinin hər 2 tərəfində, şəhərin ortasında yerləşən Ərdəbilin tarixi bazar kompleksi  qədimliyi və ənənəvi memarlığı baxımından İranın diqqətçəkən və maraqlı abidələrindən biri hesab olunur. Bazar kompleksinə timçələr, qonaq evləri, hamamlar və məscidlər daxildirlər. Ərdəbil bazarı qədim və parlaq bir tarixə malikdir. Müqəddəsi və Estəxri ( hicri – qəməri 4 – cü əsr) Ərdəbil bazarını ortasında məscidin yerləşdiyi xaç formasında təsvir edirdilər. Ərdəbil bazarı hicri – qəməri 7ci və 8 – ci əsrlərdə də çox yüksək inkişaf dövrü keçirmişdir. Amma onun əsl inkişaf dövrü Səfəvilər zamanı ilə əlaqədardır. Bu dövrdə Ərdəbil şəhəri Səfəvi hökmdarlarının əcdadlarının və Səfəvilərin digər görkəmli şəxsiyyətlərinin qəbirlərinin yerləşməsi səbəbindən, Ərdəbil şəhəri və bazarı əhəmiyyətli dərəcədə inkişaf etmişdir. İndiki bazar kompleksi Səfəvilər və Qacarlar dövründən qalan əsərlərlə məşhurdur. Bazarın orjinal hissəsinə Raste Pir Əbdülməlik bazarı, Raste Qeysəriyyə bazarı, Raste Kəffaşan ( Ayaqqabı satanlar) Bazarı, Raste Qul Bazarı, Zərgərlər Bazarı, Sərraclar, panbıqsatanlar, misgərlər, bıçaqdüzəldənlər, dəmirçilər, Səraye Xoşkbar (Hacı Mirzə), Səraye Qolşən, Səraye Vəkil, Yeni və ya Zəncirli Sarayı, Hacı Əhməd Sarayı Hacı Şəkər sarayı, Məcidiyyə sarayı, İmam Cümə sarayı, Dogəçi və Timçe Zəncirli sarayları və digər bu kimi yerlər daxildirlər. Bazar kompleksi gözəl tağlardan və sadə günbəzdən təşkil olunmuşdur. Mağazaların tağlarının görünüşünün orta hündürlüyü 3 metrdir. Lakin tağların sütunları təqribən 80 santimetrdir. Bazarın daxili işıqlanması günbəzlərin üzərində yerləşdirilmiş olan günəşliklərlə təmin olunmuşdur. Zəncirli sərayının qarşısında yerləşən, iki bazarça və bir səradan təşkil olunan Gülşən sarayı Pirəbdülıməlik bazarı ilə də əlaqəlidir. Səranın orjinal hissəsi düzbucaqlı şəklində təşkil olunmuşdur. Onun ölçüləri 9/94x3/80 ölçülərindədirlər. Onun dam örtüyü doqquz günbəzdən və ortasında yerləşən dörd sütundan təşkil olunmuşdur. Bazarın digər mühüm hissələrindən biri də 4 Suq və ya Qeysəriyyə bazarıdır. Bazarçanın şimal – şərqində yazılı bir abidə gözə çarpır. Bazarın banisinin adı və bazarın tikilmə tarixi yazılmış olan  daş erroziyaya uğradığından onu oxumaq mümkün olmur. Bazara doğru uzanan hissədə yerləşən Timçə, Səra və Zəncirli bazarı da bazarın digər mühüm hissələri sırasındadırlar.  Zəncirli 8 guşədən ibarətdir. Bu səkkiz guşə yuxarı hissədə dairə təşkil etməkdədirlər. Son illərdə Ərdəbil bazarı Mədəni İrs Təşkilatı tərəfindən təmir və bərpa olunmuş və 1690 – cı tarixi əsər kimi qeyd olunmuşdur.

Üçdükan Hamamı
Bu bina Ərdəbilin Üçdükan bölgəsində yerləşir. Onun baş hissəsində kaşı kitabəyə əsasən, təqribən hicri – qəməri 1259 – cu ildə sədaqətli Ərdəbil xanədanlığı tərəfindən tikilmişdir. Kitabənin mətnində binanın banisinin adı, hamamın tikilmə tarixi və hamamın vəsfi olan 3 beytdən ibarət bir şer yazılmışdır.Üçdükan hamamı müxtəlif hissələrə, o cümlədən də giriş, dəhliz, geyinmə otağı, qonaq otağı ( müsafirxana), ev hovuzu və  digər bölmələrin daxil olduğu düzbucaq formasında olan binadır. Demək olar ki, bu binanın ən bariz xüsusiyyətlərindən biri də binanın bütün divarlarında çəkilmiş olan çoxlu sayda insan, bitki və İslami füqur rəsmlərinə malik olmasıdır.
Pir Hamamı
Bu bina Məsumşah məhəlləsinin əvvəlində yerləşir. Bu yer qəbri hamam binası zaviyəsinin içərisində yerləşən Pirinin adı ilə məşhurdur. Bu hamam Qacarlar dövrünün əsərlərindən bir hesab olunur. 1987 – ci ildə bu yer tamamilə yerlə bir edildi və indi ondan heç bir iz qalmır. Binanın əvvəl girişi dəhliz, paltar dəyişmə yeri və günbəzli müsafirxanadan ibarət olmuşdur. Bu hamamın günbəz örtüyü ortada yerləşən 4 sütun və kənarlarda yerləşən tağların üzərində qurulmuşdur.
Pirzərgər Hamamı
Qacarlar dövrünə mənsub olan bu bina Pirzərgər məhəlləsindəki məscid meydanında yerləşir. Bina sadə girişə və qədimi formaya malik olan paltar geyinmə yerinə malikdir. O cümlədən hamama tribunalar, şah otaqları, səki döşəmələr və digər yerlər daxil idilər. Paltar geyinmə yerinin günbəzi dairəvi tavanla örtülmüşdür. Günbəzin aşağı təbəqəsində və paltar geyinmə yerinin divarlarından bir hissəsində gözəl rəsmlər mövcuddur. Bugün onlardan bəziləri qalmaqdadırlar. Hamamın orjinal sahəsi və mehmanxanası 5x5 metr ölçüsündədir. Bu hissə də tağ və günbəz tavanla örtülmüşdür.
İbrahimabad Hamamı

İbrahimabad hamamı kimi məşhur olan bu hamamın bir giriş hissəsi ( dəhliz) mövcuddur. Bura giriş hissə ilə çıxış hissə arasında bir filtr kimi çalışır. Hal – hazırda da bura küçə ilə bərabər səviyyədədir. Bir pillə ilə yuxarı mərtəbəyə daxil olmaqla burada paltar və ayaqqabıları dəyişməyə və saxlamağa aid olan otaq yerləşir. Planın forması səkkiz və səkkiz yarım şəklindədir. Binanın cənub – qərb girişi və şimal – şərq hissəsində anbar yerləşir. Orta qapını keçdikdən sonra  sauna  bölümünə çatırıq. Burada işləməli və araqçın formalı günbəzlə qarşılaşırıq. Binanın baş hissəsi kərpic işləmə ilə hazırlanıb. Araqçın formasında olan bu günbəz bir örtük funksiyasını daşıyır. Hal – hazırda metro yolunun üzərində olan bu hamam artıq istifadə olunmur. Bu hamamın başlıq hissəsində gözəl rəsm əsərləri mövcud olmuşdur. Hal – hazırda bu hissə ağ sementlə örtülmüşdür. Həmçinin onun bu hissəsində gözəl işləmələr əks olunmuşdur. Bəzək naxışlarından əlavə olaraq isə bu binada toxuma naxışlarından da istifadə olunmuşdur. Bu bina da Ərdəbilin bir çox digər hamamları kimi Qacarların dövrünə aiddir. Bu binadan 1989 – cu ilə qədər istifadə olunmuşdur. Bu hamamın qadınlara aid olan hissəsi bir neçə il keçdikdən sonra dağılmışdır. Daha sonralar isə bu hamamın istifadəsinin Səhiyyə Nazirliyi tərəfindən qadağan olunmasının ardınca bu bina da tərk olunmağa məhkum olunmuşdur. 2001 – ci ildə bu bina Ərdəbil ostanlığının Mədəni İrs İdarəsi tərəfindən alınmışdır. Binanın daş bünövrəsi əhəng daşlarından, hörgü hissəsi isə kərpic və digər növ tikinti materiallarından təşkil olunmuşdur. Bu bina  2001 – ci ilə qədər şəxsi mülk olaraq fəaliyyət göstərmişdir. 2001 – ci ildən etibarən isə artəq Ərdəbilin Mədəni İrs Baş İdarəsinin istifadəsinə keçmişdir. İbrahimabad məscidi və körpüsünün yaxınlığında yerləşən bu bina tarixi İbrahimabad məhəlləsinin də qalıqlarından biri hesab olunmaqdadır. İbrahimabad hamamı Balxori çayının yaxınlığında yerləşir.  Binanın yeri Ərdəbil şəhərinin planında göstərilmişdir.
Hacı Şeyx Hamamı
Şəhidqah küçəsinin əvvəlində, Ali Qapu meydanı tərəfində yerləşən bu hamam Səfəvilər dövrünün sonlarına aid olan bir binadır. Binanın girişi günbəzlə örtülmüş olan bir dəhliz vasitəsilə bəzədilmişdir. Ətrafındakı otaqlar ziqzaqvari tağlar vasitəsilə örtülmüşdür. Bu hissədə gözəl rəsm işləri mövcuddur. Onların ən mühümlərindən biri isə ağartma işləri nəticəsində yoxa çıxıb. Bu rəsm əsərləri sırasında yalnız gül, buta və İslami rəsmlər qalmaqdadırlar. Hamamın orjinal hissəsi iki böyük şahı qarşılayıb. O iki yarım günbəzdən ibarətdir. Orjinal günbəz uca olmuşdur. Sütunlar və tağlar isə ona birləşmişdilər.

Köhnə Hamam
Bu hamam Pir Əbdülməlik tərəfindən bazar və indiki Ayətullah Kaşani prospekti istiqamətində yerləşir Adları çəkilən prospektlərin tikilməsi ilə əlaqədar olaraq bu hamam da 1956 – cı ildə dağıdılıblar. Köhnə hamam zahirən Ərdəbilin ən qədim hamamı sayılırdı. Onun iri günbəzləri, enli tağları və böyük ayaqlıqları mövcud idi. Həmçinin bazardan sadəcə 10 metr aşağıda yerləşirdi. Ona qədər olan məsafə 15 – 20 pillə idi.

Hacı Möhsün Hamamı
Ərdəbilin Molla Hadi küçəsində yerləşən bu bina xarici görünüşünə əsasən, Səfəvilər dövrünün əvvəllərinə aid olunur. İki hissədən ibarət olan bina qadınlar və kişilər Qadınlara aid hissə və kişilərə aid hissə olmaqla iki bölmədən ibarət hamamın qadınlar üçün bölməsində qədim rəsm əsərləri müşahidə olunur. Bu bəzəklərin diqqətçəkən məqamlarından biri də son dövrlərdə gəc təbəqə ilə örtülməsidir.
Səfəviyyə hamamı
Ərdəbilin Niyabi prospektində yerləşən bu hamam kvadrat şəkilli sütunlara, paltar dəyişmə otağına və sadə günbəzə sahibdir.

Molla Hadi Hamamı
Molla Hadi və ya hacı Möhsün hamamı Ərdəbilin Molla Hadi küçəsində yerləşir. Hamam qadınlar və kişilər olmaqla iki hissəyə ayrılıb. Bu binanın düzbucaqlı formaya malik olan bir qonaq otağı da mövcuddur. Binanın orjianalı qadınlar və kişilər olmaqla iki hissə olub. İndi kişilərə aid hissə istifadə olunur və 4/12 saylı nomrə ilə tarixi qeydiyyata salınmışdır.

Pir Əbdülməlik ( Mirzə Həbib)
Bu hamam Pir Əbdülməlik məhəlləsində yerləşir.

Gölləri
Şorabil
Bu göl əvvəllər çox şor olub. Lakin bugün şirin suyun artması ilə onun şorluğu azalıb. Ümumiyyətlə, onun içərisindəki balıq növləri bəslənilir. Bu gölün əyləncəvi, idman və mədəniyyət, o cümlədən də, qayıqsürmə, qaçış pisti, velosiped meydanı, zooparkı, təchizatlı və gözəl hotelləri, uşaqlar üçün oyun şəhərciyi, gölün ortasında restoranı və s. kimi imkanları mövcuddur. Bu gölƏrdəbilin 48 kilometr cənub – şərqində, Xalxal tərəfdə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə olan dumanlı dağ dərələrindən birinin zirvəsində sahəsi 250 hektar, orta dərinliyi isə 5 metr olan İranın ən gözəl və ən görülməli göllərindən biri yerləşir. Hal – hazırda dünya balıqlarının ən əla növlərindən biri olan Qızıl ala balıq burada mövcuddur. Xalq, balıqçılar və alpinistlər hər il bu balıqlardan tutmaq və bölgənin gözəl, təbii, sərin və təmiz havasından faydalanmaq üçün buraya üz tuturlar.

Salavat dağı
Ostanın ən ucqar şimal nöqtəsində, Şərqi Azərbaycan ostanlığından şimala doğru uzanan Qaradağ dağ silsiləsinin davamında, Qarasu çay dərəsini keçərkən, Dərərudda ( Qara dərə) sonlanır. Bu dağ silsiləsinin qollarından biri də ( Salavatdağı) Dərərud tərəfdə olan Xoruslu dağlarına və Borzəndə birləşir.
Savalan – Culfa Dağ silsiləsi
Bu silsilə qərb dağətəyi silsilədən başlayır və qərb istiqamətdən Təbrizin şimalına doğru davam edir. Dağ silsiləsi oradan  şimal – qərbə doğru uzanır. Ağçay dərəsinin qurtaracağında tamamlanır. Savalan – Culfa dağ silsiləsi 260 kilometr məsafədə uzanır. Onun ərazisi ən ensiz yerdə ( Əhərin cənubu) 31 kilometr, ən enli yeri isə ən azı 70 kilometrə çatır ( Sərabın şimalı ) . Onun sahəsi 12900 kvadrat – kilometrdir. Bu dağ silsiləsi müvafiq olaraq şərqdən – qərbə doğru əhəmiyyətli dağlardan təşkil olunub. Onların ən hündürü olan və Ərdəbilin 41 kilometr qərbində yerləşən Savalan dağının zirvəsi 4811 metrdir. Ərdəbil şəhərinin qərbində yerləşən Savalan dəniz səviyyəsindən 4811 kilometr yüksəklikdə yerləşir. Onun Qarasu dərəsinə olan nisbi yüksəkliyi təqribən 3400 metrdir. Savalan yatmış vulkan dağ silsiləsi Ərdəbildən şimal – qərbdə yerləşən  Qarasu dərəsindən başlayaraq, 60 kilometr şərq – qərb bucağında, Əhərin cənubundakı Qoşadağ dağlarına qədər 48 kilometr ərazidə uzanır. Savalan Dəmavənd dağından sonra  İranın ən məşhur sönmüş vulkanıdır. Vulkanik fəaliyyətlər səbəbindən onun zirvəsi konusvari şəkildə formalaşmışdır. Bu konusvari vulkanın ağzında çox gözəl bir göl əmələ gəlmişdir. Bütün il ərzində qar və buzla örtülmüşdür. Savalanın ən hündür zirvəsi “Sultan Savalan” adlanır. Onun ikinci zirvəsinin adına isə Hərəm dağı deyirlər.  İti burnuna dırmanmaq qeyri mümkündür . Üçüncü zirvəsinin Sultan Savalana olan nisbəti çox azdır və “Canavar dağı” adlanır. Savalan bölgəsinin sahib olduğu xüsusiyyətlərdən biri də onlarla mineral bulaqlarının mövcud olmasıdır. Bu dağın ətrafında Qotursu bulağına qədər eyni mənbədən olan mineral bulaqlar səpələnib. Bu suların əksəriyyəti öz başlanğıclarını eyni yerdən götürürlər. Savalan ekoloji baxımdan məhsuldar bölgədir. Göllərin, su hövzələrinin və  vəhşi heyvanların, quşların və növbənöv bitkilərin yaşayış imkanları üçün qorunaq yerlərinin, geniş otlaqların, bolsulu çayların,  saf və təmiz bulaqların, xoşagələn iqlimin mövcud olması və bütün digər məlumatlar bölgənin unikal ekologiyasından xəbər verir. Vəhşi heyvanların yaşayış yerləri Savalanın şimal – şərq hissəsi  və aşağı şimal yüksəkliklərində Meşginşəhr yolundan Ərdəbilə qədər olan bir ərazini əhatə edir.

Bağru ( Talış) Dağ Silsiləsi
Bağru Ərdəbil ostanlığında ən uzun dağ silsiləsi hesab olunur. Bu silsilə Cəbəlul Elborz sisiləsinin uzantısıdır. Bu silsilə Xorasandan Qafqaza qədər çatır. Bağru dağ silsiləsi Xəzər dənizinin kənarına paralel olaraq, ostanın şərq hissəsini başdan başa əhatə edir. Dağ silsiləsi Xəzər hövzəsini Ərdəbil ostanlığından ayırır. Bu dağ silsiləsi Salavat (Borzənd) dağlarının şərq qurtaracağlından başlanır və tədricən yüksəlməklə ostanın şərqi boyunca cənuba doğru uzanmışdır. Ostanın ərazisinin kənarında, Elborz dağ silsiləsinin sonuna birləşir. Bağeru dağ silsiləsi özünün müxtəlif hissələrində Poştesara, Taleş, Pələnqa da adlandırılır.

Ərdəbil Ostanlığının Məşhur Bulaqları
Lənqan bulağı, Şah bulağı, Ağ bulaq, Daşlı bulaq, Qaşqa bulaq, Dəli Alı bulağı, Otaqlı bulağı, Gəvəzə bulağı, Qara bulaq, Turşu bulaq, Qotur suyu çayı bulağı, Dağ bulaq, Təklə bulağı, Al bulaq, Qanlı bulaq, Cinli bulaq, Acı bulaq, Qırx bulaq, Gör – gör bulağı, Süslü bulaq, Bükmüş bulaq, Hacı Zal bulağı, Kəlxoran Poladlı, Qotur bulaq, Batman bulaq, İsa Batman bulağı, Neyregər, Şirlər çeşməsi, Şah bulağı, Göyərçin bulağı, İranlı bulağı, Daşbulaq, Kürd Ağbulağı, Pir Ağac bulağı, Yeni bulaq, Mirədil bulağı, Xernab, Ağbulaq.

Seyid Əbülqasım İmamzadə Məqbərəsi
Seyid Əbülqasım İmamzadə məqbərəsi Sorinin qərb hissəsində yerləşir. Seyid Əbülqasımın şəhadətindən sonra müqəddəs qəbri bu ərazidə olan imamzadədə yerləşir. Qəbrin üzərində şəhadətinin səbəbi və tarixi yazılmış olan qara daş qalmaqdadır. Həmin səbəbdən də bura qaradaş kimi də məşhurdur. Səfəvilər dövründə bu imamzadə öyrənilib (tapılıb) və məzar da onun üzərində tikilib. O zamanda tikilmiş məzar abidələri bir neçə əsr qalıblar. Onların bir hissəsi təbii faktorların təsiri ilə məhv olublar. 1996 – cı ildə baş vermiş zəlzələ nəticəsində isə tamamilə dağılıblar. Bu isə onun üzərində yeni bir binanın və məzarın tikilməsinə səbəb oldu.

Əminəddin Cəbrayıl Məqbərəsi
Bu məqbərə atası Səfəvi sultanlarının babası Şeyx Səfiəddin İshaq olan Əminəddin Cəbrayıla aiddir. Ərdəbilin Kəlxoran kəndində yerləşir.

Mirədil Çeşməsi
Mirədil və ya Miradil çeşməsi Xalxal şəhristanının ( vilayətinin ) Əndəbil kəndinin şimal – şərqində yerləşən bolsulu, içməli, təbii mənzərəli və gözəl görünüşlü bulaqlarından biridir. Mirədil çeşməsi Bağru dağ silsiləsinin qərb hissəsində təqribən 2000 metr hündürlükdə yerləşir.

İbrahimabad körpüsü
Səfəvilər dövrünə aid olan bu körpü Ərdəbil şəhərinin Balxo çayının yaxınlığındakı İbrahimabad küçəsinin əvvəlində tikilib. Adam Olaryus yazır: Ərdəbil şəhərininin içərisindən keçən Balxo çayı iki qoldan ibarətdir. Pitrodolavale öz Səfərnaməsində digər körpülər kimi İbrahimabad körpüsünün də xarici quruluşunun gözəlliyinə işarə edilmişdir.
Balaçay körpüsü
Bu körpü Ərdəbil – Astara yolunun 10 kilometr şimal – şərqində, Qarasu çayının qollarından birinin üzərində yerləşir. Körpü Qacarlar dövrünə aiddir. Müasir dövrdə bu körpünün kənarında tikilən yeni beton körpünün üzərindən Ərdəbil – Astrara asfalt yolu keçir. İki hissədən ibarət olan bu körpünün sonu təqribən 41 metr və kənarları ilə birlikdə 4/80 metrdir. Körpünün 4 göz və ya girişdən ibarət olan hissəsi yarıdairəvi formadadır. Bu körpünü tikmək üçün çay yatağını körpünün tikildiyi yerdən 7/10 metr diametrində döşəmə daşları ilə tikiblər. Daha sonra körpünün ayaqlarını iki üçbucaq formasında tikiblər. Yerin uzunluğu ilə səki daşlarının diametrini bir – birinə uyğunlaşdırıblar. Daha sonra isə onun üzərində körpünü inşa ediblər. Daha sonra isə iki tağları və körpünün kərpic hissəsini 22x 22x 4/5 santimetr ölçüsünə uyğun formada hazırlayıblar. Sütunları tikmək üçün qədim qəbir daşlarının parçalarından da istifadə olunub. Körpünün mərkəz hissəsində çəkini azaltmaq üçün boşluq hissələrdə tağlar yerləşdirilib.

Pərdisan körpüsü
Pərdisan ( Pərdis) körpüsü Xalxalın Firuzabad bölgəsinin Pərdisan kəndində yerləşir. Qızılüzən çayının üzərində yerləşən bu körpü Səfəvilər dövrünə aiddir. Pərdisan körpüsü Ərdəbil – Zəncan karvanının yol qovşaqları burada cəmləşmişdi. “Qaflankuh qızı körpüsü” - nün ortası və girişi Azərbaycan Demokratik Firqəsi tərəfindən dağıdılmışdır.
Samyan körpüsü
Samyan körpüsü Ərdəbil şəhərinə bağlı olan qədim Ərdəbil – Meşkinşəhr küçəsinin 15 kilometrliyində, Muğan və Qafqaz istiqamətində olan Qarasu çayının üzərində yerləşir. Samyan körpüsü 6 gözlü bir körpüdür. Kərpiclə inşa olunmuş ayaq tağları daşdan ibarətdir. Orta gözünün daha böyük olması daha geniş olmasına səbəb olub.
Xudafərin
Araz çayının üzərində tikilən və Xudafərin kimi məşhur olan bu iki körpü, bir – birindən 100 metr aralı məsafədə yerləşir.
Seyidabad Körpüsü
5 gözlü kərpic tağlarlardan ibarət olan Seyidabad körpüsü Balxo çayının üzərində Seyidabad küçəsinin əvvəlində Pirmadər ( yaşlı ana) məhəlləsində inşa edilib. Seyidabad körpüsünün 3 gözlü pilləsi yonulmuş daşlar, əhəng daşları, gəc və 20x20 ölçülərində olan kərpiclərdən tikilmişdir. Körpünün orta ağızlığı ətrafında olan ağızlıqlardan daha böyükdür. Bu ağızlıqlar hər iki tərəfdə bərabər formada yerləşiblər. Orta ağızlığın daha böyük olması körpünün künclərinin daha geniş olmasına səbəb olmuşdur. Səfəvilər dövrünün yadigarı olan bu körpü qədim Talış və Xalxal istiqamətində olan yolların Ərdəbillə  qovuşmasında darvaza rolunu oynamışdır.

Neyr Körpüsü
Ərdəbildən 40 kilometr cənub – qərbində yerləşən Neyrin mərkəzi hissəsində, Ağlağan çayının üzərində tikilib. Bu qala Səfəvilər dövrünə aiddir. Zdaha sonrakı dövrlərdə onun üzərində təmir – bərpa işləri həyata keçirilib. Bu səbəbdən də son zamanlara qədər də istifadəyə yararlı hesab olunmaqdadır. Bugün körpünün bir hissəsi, o cümlədən də, onun ağızlıqlarından biri dağıdılmışdır. Bu körpünün uzunluğu 70 metr, eni 5/10 metr, ağızlıqlarının sayı isə 4 ədəddir. Lakin bugün körpünün uzunluğunun yalnız 43 metri və 3 ağızlığı qalmaqdadır. 3 orjinal ağızlıq 6/56, 7/80, 6/76 metr ölçülərindədirlər.  Neyr körpüsünün çay yatağı daş ayaqcaqlarla örtülmüşdür. Daha sonra onun üzərindəki körpünün ayaqcıqları yonulmuş əhəng daşları ilə 40/1 metr  hündürlüyünə qədər çatdırıldı. Körpünün tağları 22 x 22x 4/5 santimetr ölçülərində olan kərpiclərlə tikilib. Körpünün digər konstruksiyaları kərpic və qələvi daşlarla ucaldılıb. Körpünün hər iki tərəfində yerləşən ayaqları dalğaları qıran rolunu oynayır.

Qəhqəhə Qalası
Meşkinşəhrin Ərşəq bölgəsinin Keçube kəndinin 3 kilometr qərbində daş təpənin üzərində tikilən bu qala dərə və səhralarla əhatə olunub. Üzərində qala tikilən bu təpənin yer səviyyəsindən olan hündürlüyü təqribən 1000 metrə yaxındır. Üzərində qalanın yerləşdiyi bu daş təpənin ayağından oraya daxil olana qədər qalanın şimal tərəfində qövsvari tağ formasında hilal şəklində olan kərpiclər görünür. Bunlar arasında olan məsafə təqribən 3 kilometrdir. Şimal – qərb istiqamətindəki yolun birbaşa qalaya birləşməsi mümkün olsaydı və bu yol qalaya doğru nə qədər qısaldılsaydı, daha ensiz və dar olardı. Bu qala dağın daxilindən qazılmış 11 gölə malikdir. Dağın zirvəsində kərpic və daş materiallarından tikilmiş otaqlar mövcuddur. Ehtimal olunur ki, bu otaqlar qalanın komandanına məxsus olub. Qala şərq bucaqdan baxıldıqda təqribən kvadrat formasındadır. Tarixi şahidlərin və memarların dediklərinə əsasən, qaya və dağın üzərində inşa olunmuş bu qaladan həm də zindan kimi istifadə olunmuşdur. İsmaililər dövründə bu qaladan həmçinin hərbi məqsədlər üçün də istifadə olunmuşdur. Səfəvilər dövrünün şahzadə və tacirlərinin də əksəriyyəti bu bölgədə yaşayıblar.

Oltan Qalası
Oltan Parsiabadın 3 kilometr yerləşən böyük bir kənddir. Oltan qalası Araz çayının 500 metr aralığında, bu kəndin kənarında yerləşir. Qala binasının xarici görünüşü hərbi qala binasını xatırladır. Bu qalanın banisi Əşkanilər olublar. Lakin münasib möhkəmləndirmə və bərpa işləri vasitəsi ilə bu qala 12 – ci əsrə qədər istifadə olunmuşdur.

Ağca Qalası
Bu qalanın materiallarını daş, kərpic, əhəng və gəc təşkil edir. Qala Kuhsəngi ( Daş dağ) dağının və Meşkinşəhrin Qaraqiyə kəndinin yaxınlığında yerləşir.

Div Qalası
Bu qala Meşkin şəhərinin Kəvic kəndinin 5 kilometr cənub – qərbində və Savalanın şimal ətəklərinin üzərində tikilib. Aparılmış ilkin arxeoloji tədqiqatlar onun quruluş tarixini Əhəmənilər dövrünə aid edirlər.
Narin Qala
Bu qala Ərdəbil şəhərinin daxilində, Ərdəbilin Ərk və ya Kohəndej şəhərində yerləşir. Balxo çayının kənarında yerləşən Narin qalanın möhkəm bürc və qüllələri mövcuddur. Narin qalasının qədimlik və tarixilik baxımından əlimizdə dəqiq bir məlumat mövcud deyil. Qala Ərdəbil şəhərinin hökumət həbsxanası və İran – rus müharibəsi zamanı döyüş sursatları anbarı sayılırdı. Bu qala 1934 – cü ildə dağıdılmış və təəssüflər olsun ki, binaya diqqət göstərilməmişdir.
Hir Qalası
Bu qala Ərdəbil şəhərinin 25 kilometr cənubunda Hir şəhərində yerləşir.
Qarluca Qalası
Bu bürc Araz çayının kənarında Qarluca qışlağında Xumarlı – Aslandüz yolunun üzərində yerləşir. Binanın materialları yonulmuş daşdan hazırlanıb.
Qız Qalası
Qız qalası Biləsuvar gömrüyünə 17 kilometr məsafədə, Əncillo kəndində, Borzənd çayının kənarında Əşkanilər və Sasanilər dövrünə bağlı olan Biləsuvar şəhərində yerləşir.

 Meşkinşəhr Ərşəq Qalası 
Ərşəq qalası Meşkinşəhrdən 35 kilometr şimal – qərb məsafədə, Dəşt kəndində, Ərşəq çayının qərb sahilinin mərkəz hissəsində, hasarı və çoxlu sayda bürcləri olan və uzun zaman keçməsinin təsiri ilə xarab olan bir qaladır.

Köhnə Qala
Köhnə Qala Meşkinşəhrin şərq yüksəkliyində Novruz bağı dərəsində olan bir qaladır. Xiyav çayının yuxarıdan aşağıya doğru axan hissəsi də burada sonlanır. Bu daş yüksəkliyin qarşısında Sasani pəhləvi dilində olan bir yazı da yerləşir. Onun daxilində olan hasarın hündürlüyü dörd metrdən artıqdır. Lakin xaricində olan hasarının hündürlüyü 8 metrdən daha artıqdır. Bu qalada köhnədən qalma ordu və kazarma əmlakları mövcud olduğundan burada hər hansı bir arxeoloji qazıntının aparılmasına icazə verilmir. Lakin ehtimal olunur ki, köhnə qala həmən qədim Sasani qalasının yerində tikilibmiş. Dərənin daxilində mövcud olan daş kitabədə Hörmüzün yerinə yetirmədiyi sözə işarə olunmuşdur.

Ərdəbil Bazar Kompleksi
İmam Xomeyni prospektinin hər 2 tərəfində, şəhərin ortasında yerləşən Ərdəbilin tarixi bazar kompleksi  qədimliyi və ənənəvi memarlığı baxımından İranın diqqətçəkən və maraqlı abidələrindən biri hesab olunur. Bazar kompleksinə timçələr, qonaq evləri, hamamlar və məscidlər daxildirlər. Ərdəbil bazarı qədim və parlaq bir tarixə malikdir. Müqəddəsi və Estəxri ( hicri – qəməri 4 – cü əsr) Ərdəbil bazarını ortasında məscidin yerləşdiyi xaç formasında təsvir edirdilər. Ərdəbil bazarı hicri – qəməri 7ci və 8 – ci əsrlərdə də çox yüksək inkişaf dövrü keçirmişdir. Amma onun əsl inkişaf dövrü Səfəvilər zamanı ilə əlaqədardır. Bu dövrdə Ərdəbil şəhəri Səfəvi hökmdarlarının əcdadlarının və Səfəvilərin digər görkəmli şəxsiyyətlərinin qəbirlərinin yerləşməsi səbəbindən, Ərdəbil şəhəri və bazarı əhəmiyyətli dərəcədə inkişaf etmişdir. İndiki bazar kompleksi Səfəvilər və Qacarlar dövründən qalan əsərlərlə məşhurdur. Bazarın orjinal hissəsinə Raste Pir Əbdülməlik bazarı, Raste Qeysəriyyə bazarı, Raste Kəffaşan ( Ayaqqabı satanlar) Bazarı, Raste Qul Bazarı, Zərgərlər Bazarı, Sərraclar, panbıqsatanlar, misgərlər, bıçaqdüzəldənlər, dəmirçilər, Səraye Xoşkbar (Hacı Mirzə), Səraye Qolşən, Səraye Vəkil, Yeni və ya Zəncirli Sarayı, Hacı Əhməd Sarayı Hacı Şəkər sarayı, Məcidiyyə sarayı, İmam Cümə sarayı, Dogəçi və Timçe Zəncirli sarayları və digər bu kimi yerlər daxildirlər. Bazar kompleksi gözəl tağlardan və sadə günbəzdən təşkil olunmuşdur. Mağazaların tağlarının görünüşünün orta hündürlüyü 3 metrdir. Lakin tağların sütunları təqribən 80 santimetrdir. Bazarın daxili işıqlanması günbəzlərin üzərində yerləşdirilmiş olan günəşliklərlə təmin olunmuşdur. Zəncirli sərayının qarşısında yerləşən, iki bazarça və bir səradan təşkil olunan Gülşən sarayı Pirəbdülıməlik bazarı ilə də əlaqəlidir. Səranın orjinal hissəsi düzbucaqlı şəklində təşkil olunmuşdur. Onun ölçüləri 9/94x3/80 ölçülərindədirlər. Onun dam örtüyü doqquz günbəzdən və ortasında yerləşən dörd sütundan təşkil olunmuşdur. Bazarın digər mühüm hissələrindən biri də 4 Suq və ya Qeysəriyyə bazarıdır. Bazarçanın şimal – şərqində yazılı bir abidə gözə çarpır. Bazarın banisinin adı və bazarın tikilmə tarixi yazılmış olan  daş erroziyaya uğradığından onu oxumaq mümkün olmur. Bazara doğru uzanan hissədə yerləşən Timçə, Səra və Zəncirli bazarı da bazarın digər mühüm hissələri sırasındadırlar.  Zəncirli 8 guşədən ibarətdir. Bu səkkiz guşə yuxarı hissədə dairə təşkil etməkdədirlər. Son illərdə Ərdəbil bazarı Mədəni İrs Təşkilatı tərəfindən təmir və bərpa olunmuş və 1690 – cı tarixi əsər kimi qeyd olunmuşdur.

Üçdükan Hamamı
Bu bina Ərdəbilin Üçdükan bölgəsində yerləşir. Onun baş hissəsində kaşı kitabəyə əsasən, təqribən hicri – qəməri 1259 – cu ildə sədaqətli Ərdəbil xanədanlığı tərəfindən tikilmişdir. Kitabənin mətnində binanın banisinin adı, hamamın tikilmə tarixi və hamamın vəsfi olan 3 beytdən ibarət bir şer yazılmışdır.Üçdükan hamamı müxtəlif hissələrə, o cümlədən də giriş, dəhliz, geyinmə otağı, qonaq otağı ( müsafirxana), ev hovuzu və  digər bölmələrin daxil olduğu düzbucaq formasında olan binadır. Demək olar ki, bu binanın ən bariz xüsusiyyətlərindən biri də binanın bütün divarlarında çəkilmiş olan çoxlu sayda insan, bitki və İslami füqur rəsmlərinə malik olmasıdır.

Pir Hamamı
Bu bina Məsumşah məhəlləsinin əvvəlində yerləşir. Bu yer qəbri hamam binası zaviyəsinin içərisində yerləşən Pirinin adı ilə məşhurdur. Bu hamam Qacarlar dövrünün əsərlərindən bir hesab olunur. 1987 – ci ildə bu yer tamamilə yerlə bir edildi və indi ondan heç bir iz qalmır. Binanın əvvəl girişi dəhliz, paltar dəyişmə yeri və günbəzli müsafirxanadan ibarət olmuşdur. Bu hamamın günbəz örtüyü ortada yerləşən 4 sütun və kənarlarda yerləşən tağların üzərində qurulmuşdur.
Pirzərgər Hamamı
Qacarlar dövrünə mənsub olan bu bina Pirzərgər məhəlləsindəki məscid meydanında yerləşir. Bina sadə girişə və qədimi formaya malik olan paltar geyinmə yerinə malikdir. O cümlədən hamama tribunalar, şah otaqları, səki döşəmələr və digər yerlər daxil idilər. Paltar geyinmə yerinin günbəzi dairəvi tavanla örtülmüşdür. Günbəzin aşağı təbəqəsində və paltar geyinmə yerinin divarlarından bir hissəsində gözəl rəsmlər mövcuddur. Bugün onlardan bəziləri qalmaqdadırlar. Hamamın orjinal sahəsi və mehmanxanası 5x5 metr ölçüsündədir. Bu hissə də tağ və günbəz tavanla örtülmüşdür.
İbrahimabad Hamamı
İbrahimabad hamamı kimi məşhur olan bu hamamın bir giriş hissəsi ( dəhliz) mövcuddur. Bura giriş hissə ilə çıxış hissə arasında bir filtr kimi çalışır. Hal – hazırda da bura küçə ilə bərabər səviyyədədir. Bir pillə ilə yuxarı mərtəbəyə daxil olmaqla burada paltar və ayaqqabıları dəyişməyə və saxlamağa aid olan otaq yerləşir. Planın forması səkkiz və səkkiz yarım şəklindədir. Binanın cənub – qərb girişi və şimal – şərq hissəsində anbar yerləşir. Orta qapını keçdikdən sonra  sauna  bölümünə çatırıq. Burada işləməli və araqçın formalı günbəzlə qarşılaşırıq. Binanın baş hissəsi kərpic işləmə ilə hazırlanıb. Araqçın formasında olan bu günbəz bir örtük funksiyasını daşıyır. Hal – hazırda metro yolunun üzərində olan bu hamam artıq istifadə olunmur. Bu hamamın başlıq hissəsində gözəl rəsm əsərləri mövcud olmuşdur. Hal – hazırda bu hissə ağ sementlə örtülmüşdür. Həmçinin onun bu hissəsində gözəl işləmələr əks olunmuşdur. Bəzək naxışlarından əlavə olaraq isə bu binada toxuma naxışlarından da istifadə olunmuşdur. Bu bina da Ərdəbilin bir çox digər hamamları kimi Qacarların dövrünə aiddir. Bu binadan 1989 – cu ilə qədər istifadə olunmuşdur. Bu hamamın qadınlara aid olan hissəsi bir neçə il keçdikdən sonra dağılmışdır. Daha sonralar isə bu hamamın istifadəsinin Səhiyyə Nazirliyi tərəfindən qadağan olunmasının ardınca bu bina da tərk olunmağa məhkum olunmuşdur. 2001 – ci ildə bu bina Ərdəbil ostanlığının Mədəni İrs İdarəsi tərəfindən alınmışdır. Binanın daş bünövrəsi əhəng daşlarından, hörgü hissəsi isə kərpic və digər növ tikinti materiallarından təşkil olunmuşdur. Bu bina  2001 – ci ilə qədər şəxsi mülk olaraq fəaliyyət göstərmişdir. 2001 – ci ildən etibarən isə artəq Ərdəbilin Mədəni İrs Baş İdarəsinin istifadəsinə keçmişdir. İbrahimabad məscidi və körpüsünün yaxınlığında yerləşən bu bina tarixi İbrahimabad məhəlləsinin də qalıqlarından biri hesab olunmaqdadır. İbrahimabad hamamı Balxori çayının yaxınlığında yerləşir.  Binanın yeri Ərdəbil şəhərinin planında göstərilmişdir.
Hacı Şeyx Hamamı
Şəhidqah küçəsinin əvvəlində, Ali Qapu meydanı tərəfində yerləşən bu hamam Səfəvilər dövrünün sonlarına aid olan bir binadır. Binanın girişi günbəzlə örtülmüş olan bir dəhliz vasitəsilə bəzədilmişdir. Ətrafındakı otaqlar ziqzaqvari tağlar vasitəsilə örtülmüşdür. Bu hissədə gözəl rəsm işləri mövcuddur. Onların ən mühümlərindən biri isə ağartma işləri nəticəsində yoxa çıxıb. Bu rəsm əsərləri sırasında yalnız gül, buta və İslami rəsmlər qalmaqdadırlar. Hamamın orjinal hissəsi iki böyük şahı qarşılayıb. O iki yarım günbəzdən ibarətdir. Orjinal günbəz uca olmuşdur. Sütunlar və tağlar isə ona birləşmişdilər.
Hacı Möhsün Hamamı
Ərdəbilin Molla Hadi küçəsində yerləşən bu bina xarici görünüşünə əsasən, Səfəvilər dövrünün əvvəllərinə aid olunur. İki hissədən ibarət olan bina qadınlar və kişilər Qadınlara aid hissə və kişilərə aid hissə olmaqla iki bölmədən ibarət hamamın qadınlar üçün bölməsində qədim rəsm əsərləri müşahidə olunur. Bu bəzəklərin diqqətçəkən məqamlarından biri də son dövrlərdə gəc təbəqə ilə örtülməsidir.

Köhnə Hamam
Bu hamam Pir Əbdülməlik tərəfindən bazar və indiki Ayətullah Kaşani prospekti istiqamətində yerləşir Adları çəkilən prospektlərin tikilməsi ilə əlaqədar olaraq bu hamam da 1956 – cı ildə dağıdılıblar. Köhnə hamam zahirən Ərdəbilin ən qədim hamamı sayılırdı. Onun iri günbəzləri, enli tağları və böyük ayaqlıqları mövcud idi. Həmçinin bazardan sadəcə 10 metr aşağıda yerləşirdi. Ona qədər olan məsafə 15 – 20 pillə idi.

Nəsr Hamamı
Bu bina Qacarlar dövrünə aiddir. Yerli tədqiqatlara və tarixi kitablara əsasən, 1849 – cu ildə ilin quraq keçməsi və qıtlıq hadisəsinin baş verməsi səbəbindən Horuabadda ( İndiki Xalxali) yerli əhalinin ehtiyaclarını təmin etmək üçün xeyriyyə məqsədi ilə tikilib. Xalxalın Nəsr hamamı Nurəli çayın kənarında, toxuculuq bazarının yanında tikilib. Qacarlar dövrünə aid olan bu hamamın memarlıq tərzi İranın digər bütün hamamlarının memarlıq üsulundan fərqli bir üsluba malikdir. Bu hamamın dəhlizi binanı tavan hissəsi ilə bina arasında filtr rolu oynayır. 10/16x1/4 metr ölçüsü olan kolidor şimal hissədə binaya əlavə olaraq dizayn edilib. Bu giriş 3 dəhliz vasitəsi ilə birbaşa istixanaya birləşir. Böyük ehtimalla bu yer hamamın istirahət yeri olmuşdur. İstirahət məkanında səhiyyə xidməti də təsis olunmuşdu. Oraya həm istixanadan və həm də digər otaqlardan giriş mövcud idi. Suyu qızdırmaq üçün qızdırıcı sobalar olunmağına baxmayaraq, sonradan dağılmışdır. Binanın bünövrəsi iri daşlardan tikilərək, əhəng ilə üzlənib. Tavan örtüyü tağ və günbəz formasındadır. Bu binanın tağlarında istifadə üçün nəzərdə tutulan qövslər beşlik, yeddilik, kəlil və s. kimi formalarda tikilmişdir. Bu binanın sonuncu sahibləri Zəkailər ailəsi olublar. Bu hamam 2002 – ci ildə Mədəni İrs İdarəsi tərəfindən alınıb. Hal – hazırda bu bina Mədəni İrs İdarəsinin Xalxal bölməsi və qədim muzey kimi bu idarənin ixtiyarındadır. 2002 – ci ildə bu binanın yenidən bərbası və təmiri məqsədi ilə təmir işləri həyata keçirilmişdir.

Səfəviyyə hamamı
Ərdəbilin Niyabi prospektində yerləşən bu hamam kvadrat şəkilli sütunlara, paltar dəyişmə otağına və sadə günbəzə sahibdir.
Molla Hadi Hamamı
Molla Hadi və ya hacı Möhsün hamamı Ərdəbilin Molla Hadi küçəsində yerləşir. Hamam qadınlar və kişilər olmaqla iki hissəyə ayrılıb. Bu binanın düzbucaqlı formaya malik olan bir qonaq otağı da mövcuddur. Binanın orjianalı qadınlar və kişilər olmaqla iki hissə olub. İndi kişilərə aid hissə istifadə olunur və 4/12 saylı nomrə ilə tarixi qeydiyyata salınmışdır.

Pir Əbdülməlik ( Mirzə Həbib)
Bu hamam Pir Əbdülməlik məhəlləsində yerləşir.

Digər hamamlar
 
Ağanağı hamamı tamamilə Hacı Şeyx hamamına bənzəyir. İbrahimadab küçəsində yerləşən İbrahimabad hamamı, Əli Qapudakı Zeynal hamamı, Əli Qapudakı Mənsuriyyə hamamı, Hacı Şeyx hamamına bənzəyən Mirzə İman hamamı, Üçdükan bölgəsində yerləşən Yaqubiyyə hamamı, İmam Xumeyni prospektində yerləşən Vəkil hamamı, Yəsavol hamamı və  Zindan küçəsində olan Zindan hamamı bu ostanın digər tarixi hamamları sırasındadırlar.

Muzeylər
Şeyx Səfi muzeyi ( Səfəvilər dövrünə aid olan çinilər, Fəramin Quranı, sikkələr, paltarlar)
Ünvan: Ərdəbil – Əli Qapu meydanı - Şeyx Səfi məzarı
Ağa Tağı Hamam Muzeyi  - ( Tarixi bina – sosiologiya ) – İlxanilər dövrünə aiddir.
Ünvan: Ərdəbil – Əli Qapu meydanı – Sədi prospektinin əvvəli, Xəlxal muzeyi ( arxeologiya)

Tarixi Xatirə Binaları
Ərdəbil bazarı – Ərdəbil
Qədim qala - Meşkinşəhr
Şeyx Heydərin Məzarı - Meşkinşəhr
Şeyx Cəbrayılın Məqbərəsi – Ərdəbil
Şeyx Səfinin Məzarı – Ərdəbi

Məqbərələr
İmamzadə Seyid Əbülqasim (ə) İmamzadəsi (Qaradaş)
Seyid Əbülqasim (ə) İmamzadə Məqbərəsi Ərdəbilin Soreyn bölgəsinin qərb hissəsində yerləşir. Seyid Əbülqasımın şəhadətindən sonra, imamzadə yerləşən müqəddəs qəbrinin üzərində yerləşən və onun şəhadət üsulu və mövqeyini bəyan edən qara daş qalmaqdadır. Həmin səbəbdən də bu yer Qaradaş ziyarətgahı kimi də məşhurdur. Səfəvilər dövründə bu imamzadə tanıdılmış və onun üzərində məqbərə ucaldılmışdır. O zamanda tikilən bu abidə son bir neçə onilliyə qədər qalmışdır. Onun bir qismi təbiət amillərin təsiri nəticəsində dağılmış, 1997 – ci ildə baş verən zəlzələ nəticəsində isə ümumiyyətlə məhv olmuşdur. Bu isə onun üzərində yeni bir bina və məzarın tikilməsinə səbəb olmuşdur.

Əminəddin Cəbrayıl Məqbərəsi
Ərdəbilin Kəlxoran kəndində yerləşən bu məqbərə Səfəvi sultanlarının babası olan Şeyx Səfiəddin İshaqın atası Əminəddin Cəbrayıla aiddir. Binanın tikilmə tarixi onuncu əsrin (hicri – qəməri) birinci yarısının əvvəllərinə aiddir. Kaşı işləməli girişdə və onun yuxarısında bir beyt şer yazılmışdır. Giriş qapısının yuxarısında olan pəncərənin hər iki tayında bir şir və bir pələng təsviri nəqş olunmuşdur. Onların hər biri zəncirvari olaraq, Səfəvilər dövrünün hicri 11 – ci yüzilliyin əvvəllərinin üslub və  mənsubiyyətini nümayiş etdirir. Eyvana malik olan bu bina kvadrat şəklindədir. Multiplikativ tağ kərpic ilə örtülüb.Onun şərq və qərbinin hər iki tərəfi də mavi, qızılı rənglərdə olmaqla İslami formada hazırlanmışdı.  Məqbərənin eyvanı bəzək və rəng baxımından mülayim və harmonikdir. Kaşı işləməli sütunlar gəc işləməli kompleks, rəsm işləməli tavan və divarlar da eyni sadəliklə heyranedici formada müxtəlif memarlıq üslublarında hazırlanıblar. Bu isə ziyarət edənlər üçün çox münasib bir imkanların yaranmasına səbəb olur. Bu arada məqbərə  öz çərçivəsində çox  qədim, dəyərli və maraqlı bir əsər incəsənət işi hesab olunur. Onun qapısının üzərində həndəsi hesablamalara əsaslanılmaqla gözoxşayan mozaika işlənmişdir. Onun müxtəlif hissələrində növbənöv şerlər işlənilmişdir. Kvadrat formasında olan otaq 4 eyvandan təşkil olunub. Onların hamısı dəhlizdə olduğu kimi multiplikativ kərpiclərlə tikiliblər. Binanın daxilində isə gəc işləmələrdən istifadə olunub. Şah Abbas  zamanında onun bütün səthlərində - divarında, gövdəsində və tavanında müxtəlif İslami və berqamotlar rəsmlərdən istifadə olunub. Məqbərənin bölmələrində sonuncu təmir – bərpa işləri 1651 – ci ildə aparılıb. Bu işi Tahir bin Məhəmməd tərəfindən icro olunub. Məqbərə abidəsinin üzərində mətn, Şeyx Cəbrayılın 50/1x2x3 metr ölçülərində olan sadə sandığı yerləşirdi. Abidə divarlarının gövdəsində Allah kəlamlarından təşkil olunmuş gəc işləmə mövcud olmuşdur. Məqbərənin cənubundakı şah kürsüsünün hər iki tərəfində 30/3 metr ölçüsündə olan 6 guşəli iki otaq yerləşirdi. Bu otaqların memarlıq xüsusiyyətləri sırasında divar tağçabəndləri, moğərneskari tavan, otağın müxtəlif səthlərində gəc və rəssamlıq işləmələrini qeyd edə bilərik. Bu otaqlar yaşıl, su rəngi, qəhvəyi, qırmızı, füruzəyi, ağ, qızılı  və digər müxtəlif rənglərdən təşkil olunmaqla İslami üslublar kompleksi formasındadırlar.

Şah İsmayıl Səfəvi Məqbərəsi
Birinci Şah İsmayıl Səfəvi məqbərəsi, günbəz ilə birlikdə üzlüklü kvadrat şəkilli kiçik bir kərpic binadır. Bu günbəzin tavanı qızılı rəsmlərlə bəzədilmişdir. Onun üzərində deyə bilərik ki, bütün yeni naxışlar salınmışdır. Türbənin üzərində qiymətli yaqut daşlarla bəzədilmiş Səfəvilər dövrünə aid olan çox dəyərli incəsənət əsəridir. Şah İsmayıl məqbərəsinin iç hissəsi və sütunları güllü kaşılarla, onun yuxarı hissəsində isə qızılla işlənmiş mavi rənglə örtülmüşdür. Şah Abbas dövründə onun yuxarısında İslami bir kənar sıra da yerləşir. Onların yuxarılarında Şah Abbasın gücünü nümayiş etdirən bir sıra işləmələr, ondan bir qədər yuxarıda isə gəc vasitəsi ilə zərif gül naxışları işlənmişdir. Tavandan böyük çilçıraqlar asılıb. Şah İsmayılın məqbərəsi üzərində böyük bir günbəz də  inşa olunub. Onun üzərindəki ağ, mavi və füruzəyi rəngli kaşı işləmədəki üçlük formada olan şer ilə imamların müqəddəs adları ilə bəzədilib. Bu günbəzin yuxarısında 5 qılınc asılıb. Bunların hər biri ailəsindən şah İsmayıla kömək edən bir nəfərə məxsusdur. Bu binanın xarici görünüşü uca bir qala formasında olub, təqribən 18 metr hündürlüyə və 5/10 metr diamterə malik olmaqla silindir formasındadır. Onun 4 bir tərəfində bəzədilmiş qalalar inşa edilmişdir. Binanın orjinal girişi qərb hissədə yerləşir. Arxeoloqların və tarixçilərin bir qismi onun tikilmə tarixini 10 – cu əsrin əvvəllərinə, yəni hicri – qəməri 915 – ci ilə aid edirlər. Lakin Benaldo Yelber inanır ki, bu bina hicri – qəməri 7 -8 – ci əsrlərə aiddir. Kaşı işləmələri tamamilə Səfəvilər dövrünün tikinti və dizaynına münasib olaraq təyin olunmuşdur. Onun kaşı işləmələri Olcayto məqbərəsinin kaşı işləmələrindən daha dəqiq olmuşdur. Qala binasının bəndləri böyük ehtimalla Quran surələrindən kaşı formasında kərpic üzərində füruzəyi rənglə bəzədilmişdir. Bundan əvvəl onun mətni oxuna bilirdi. Bu yerə “Allah Allah” abidəsi deyirlər.

Şeyx Səfiəddin Ərdəbilinin məzarüstü türbəsi
 
Əli Qapu meydanında yerləşən Şeyx Səfiəddin Ərdəbilinin məzarüsütü türbəsi 64 – cü milli əsər olaraq qeyd olunub. Şeyx Səfiəddin İshaq məzarüstü türbəsinin təməli onun vəfatından sonra hicri – qəməri 735 – ci ildə onun övladı Sədrəddin Musa tərəfindən qoyulmuşdur. Daha sonra uzun zaman ərzində, xüsusilə də Səfəvilər hökumətinin başlanmasından sonra Səfəvi padşahlarının zamanında bu türbəyə xüsusi ehtiram və hörmət olunmağa başlanıldı.

Şeyx Heydərin Məzarüstü Məqbərəsi
I Şah İsmayılın atası Şeyx Heydərin məzarüstü məqbərəsi 184 saylı milli arxeoloji əsər kimi qeydiyyata alınmışdır. Bu məqbərə Meşkinşəhrin köhnə qəbristanlığı olmuş yaşıl və səfalı bağda və şəhərin mərkəzində yerləşir. Uca qala formasında olan bu binanın xarici görünüşü silindrik şəkildə olmaqla hündürlüyü 18metr , diametri isə 5/10 metrdir. 4 bir tərəfi limandan ibarət olan bu qala gözəl görünüşə malikdir. Onun yuxarı girişi qərb istiqamətdə yerləşir. Arxeoloq və tarixçilərin bir qismi binanın tikilmə tarixini 10 – cu əsrin əvvəllərinə, yəni hicri – qəməri 915 – ci ilə aid edirlər. Lakin Benald Vilber inanır ki, bu bina hicri – qəməri  7 – 8 – ci əsrə aiddir. Kaşı işləmələri və bəzəklərinə əsasən onu Səfəvilər dövrünə aid edirlər. Qalanın hasarları böyük ehtimalla kərpic üzərində yazılmış Quran surələri füruzəyi kaşı formasında olub. Bundan əvvəl onun mətni oxunurdu. Bu yeri “Allah Əli Allah” abidəsi də adlandırırlar. Şeyx Heydərin məzarı Sərdabənin sonunda yerləşir. Otaqların və qalanın yuxarı planı 12 bucaqlı formasındadır. Onun hər bucağı 2/20 metrdir. Qalanın daxilində başdan - başa çuxurların tikilməsi səbəbindən o daha da böyük olub. Demək olar ki, bu uca qala çox hündürdə yerləşir. Daxilində yerləşən divarlar əvvəllər gəclə bəzədilmiş formada olub. Zaman keçdikcə o da xarab olub. Bugün binanın daxilində heç bir bəzək mövcud deyil. İndiyədək bu məqbərənin orjinal tarixi və kitabəsi əlimizə çatmayıb. Girişində olan 3 pəncərə gəc və kaşı ilə bəzədilmişdir. Mehrab formasında olan çərçivələr binanın hər yerində görülməkdədir. Giriş qapısının hər iki tərəfində iki gül işləmə mövcuddur. Onların ölçüləri 70 x 80 santimetrdir. Bunlar Səfəvilər dövründən əvvəlki zamana aiddirlər. Müqəddəslərin adları ilə bəzədilən binanın daxili səthi də çox gözəldir. Qırmızı yaqutlu duluslardan təşkil olunan kitabə xarab olub. Bu gözəl kolleksiyalar onun memarlıq xüsusiyyətlərini təşkil edir.
Korayım Abidəsi
Korayim məzarüstü türbəsi Kurayim kənd qəbiristanlığının ortasında, Ərdəbil şəhərindən 30 kilometr aralıda yerləşir. Onun hər küncünün uzunluğu 5 metrdir. Bu bina tarixi əsərlər sırasında da qeyd olunmuşdur.
Digər Abidələr
Seyid Danyalın abidəsi Xəlxalın Xanqah kəndində, Ərdəbil şəhərində Pir Əşrəfin məzarında, Meşkinşəhrin Həsəndaş məhəlləsində Füruzşahda (Ərdəbilin Cəbrayıl məqbərəsinin Kəlxoran kəndi) yerləşir. Kvadrat formasında olan Seyid Məhəmməd Ələrəbi məqbərəsinin ( Şeyx Cəbrayıl məqbərəsinin şimal – qərb tərəfində) binasının günbəzi kərpiclə örtülmüşdü.
Şeyx Cəbrayıl Kəlxoran abidəsi
Səfəvi şahlarının babası Şeyx Səfiəddin Ərdəbilinin atası Şeyx Cəbrayıl Kəlxoranın məzarüstü abidəsi Ərdəbildən 3 kilometr məsafə aralıdakı Kəlxoranda yerləşir. Şeyx Əminəddin Cəbrayıl 8 güşəli bir abidə olmaqla bağın ortasında yerləşir. Dağılmış günbəz son bir neçə onillikdə yenidən bərpa olunub. Abidənin daxili gözəl gəc işləmələr və Əlirza Abbasinin kitabələri ilə bəzədilib.

Ənar Qəbiristanlığı
Meşkinşəhrin Ənar kəndində və şəhərin 24 kilometr aralığında bir qəbiristanlıq mövcuddur. Onun növbənöv qəbr daşları forması və çoxlu sayda maraqlı yazılarının olması baxımından diqqət çəkir. Bu daşların ən gözəlləri 1/16 metr hündürlüyündə ucaldılan və yazısı olan bir cüt qəbir daşıdır. Daşın altında mehrab yazıları olmuş və 7 ləçəkdən ibarət olan və iki güllü naxış tapılmışdır.
Kərcan Qəbiristanlığı
Ərdəbilin Kəlxoran bölgəsinin Kercan kəndinin qərb hissəsində tarixi bir qəbiristanlıq yerləşir. Bu qəbiristanlıqda qəbirlərin üzərində daş növləri qoyulmuşdur. Zaman keçdikcə və bölgənin tədricən aşağıya doğru sürüşməsi nəticəsində bu qəbiristanlıq da torpağın altında dəfn olunmuşdur. Bu qəbiristanlıqda sandıq şəklində olan bir neçə erroziya uğramış İslami qəbir daşı görülməkdədir.

Aslandüz Qəbiristanlığı
Aslandüz qəbiristanlığı İslamdan 1000 il əvvələ aiddir.

Şam Əsbi Qəbiristanlığı
Ərdəbilin Şam Əsbi bölgəsində yeləşən bu qəbiristanlıq hicri – qəməri altıncı əsrdən səkkizinci əsrə qədər olan dövrü əhatə edir.

 Şater günbəzi və ya qalası
Ərdəbilin 8\5 kilometrliyindəki Some kəndində yerləşən bu qala geniş bir ərazini əhatə edir. Qalanın ətrafında fərqli məsafələrdə qədim təpələr yerləşirlər. Onların əksəriyyəti İslamdan öncəki dövrlə, xüsusən də Əşkanilər dövrü ilə əlaqəlidirlər. Binanın üzlüyü və kitabədən heç nə qalmayıb. Lakin qalanın memarlıq üslubundan o Çələbioğlu məqbərəsinə bənzəyir. Belə ehtimal olunur ki, bu qala hicri 8 – ci əsrə aid olan binalardan biridir.

Aznav Çeşməsi
 
Aznav və ya Azno Xəlxalın cənub – şərqində yerləşən bir kənddir. Onun ən hündür yeri dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Azno zirvəsi hesab olunur. Onun qərb ətəyində 1900 metr məsafədən axan içməli sərin bulaq suyu yerin altından çox yüksək təzyiqlə çıxır. Qüllənin ən yüksək nöqtəsi Aznav zirvəsidir. Bu şeşmə adını gəmidən götürüb. Burada əhəng daşlarından təşkil olunan böyük və kiçik 5 təbi mağara olduğundan göyərçin, kəl və dağ keçisinin yaşayışı üçün çox münasib şərait balıqların var. Eyni zamanda burada qızıl ala balıqların da yaşamağı üçün münasib şərait mövcuddur.  Dağlıq ərazidə yerləşməsi, bitki örtüyü və ağaclarla əhatə olunması və bu yerə gəlmək üçün münasib yolun mövcud olması buranın imkanlarını daha da inkişaf etdirməkdədir.

Şater günbəzi və ya qalası
Ərdəbilin 8\5 kilometrliyindəki Some kəndində yerləşən bu qala geniş bir ərazini əhatə edir. Qalanın ətrafında fərqli məsafələrdə qədim təpələr yerləşirlər. Onların əksəriyyəti İslamdan öncəki dövrlə, xüsusən də Əşkanilər dövrü ilə əlaqəlidirlər. Binanın üzlüyü və kitabədən heç nə qalmayıb. Lakin qalanın memarlıq üslubundan o Çələbioğlu məqbərəsinə bənzəyir. Belə ehtimal olunur ki, bu qala hicri 8 – ci əsrə aid olan binalardan biridir.

Gölləri
Şorabil
 
Bu göl əvvəllər çox şor olub. Lakin bugün şirin suyun artması ilə onun şorluğu azalıb. Ümumiyyətlə, onun içərisindəki balıq növləri bəslənilir. Bu gölün əyləncəvi, idman və mədəniyyət, o cümlədən də, qayıqsürmə, qaçış pisti, velosiped meydanı, zooparkı, təchizatlı və gözəl hotelləri, uşaqlar üçün oyun şəhərciyi, gölün ortasında restoranı və s. kimi imkanları mövcuddur. Bu gölƏrdəbilin 48 kilometr cənub – şərqində, Xalxal tərəfdə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə olan dumanlı dağ dərələrindən birinin zirvəsində sahəsi 250 hektar, orta dərinliyi isə 5 metr olan İranın ən gözəl və ən görülməli göllərindən biri yerləşir. Hal – hazırda dünya balıqlarının ən əla növlərindən biri olan Qızıl ala balıq burada mövcuddur. Xalq, balıqçılar və alpinistlər hər il bu balıqlardan tutmaq və bölgənin gözəl, təbii, sərin və təmiz havasından faydalanmaq üçün buraya üz tuturlar.

Neyor gölü
 
Bu göl Ərdəbilin cənub – şərüqindən 42 kilometr aralıda, dəniz səviyyəsindən2480 metr hündürlükdə yerləşir. Gölə çatmaq üçün kənddən 13 kilometr məsafədə uzanan asfalt yolı mövcuddur. Bu göl Ərdəbil və Xalxal şəhərlərinin Budalalo kəndinin şərq tərəfində yerləşir. Bu göl 257 hektar sahəni əhatə edən ərazisi ilə demək oilar ki ostanın ən böyük şirinsulu gölüdür. Hal – hazırda bu göldə yaşayan göyqurşağı rəngli qızıl ala balıq dünyanın ən əla növ balıqlarından biri hesab olunur. Orada bəslənilən bu balıqların böyük bir qismi hər il xalq tərəfindən tutulur. Dağçılıq, təbiətdən və təbii və misilsiz mənzərələrdən, sərin və xoşagələn havasından istifadə bu gölün ən əsas xüsusiyyətlərindən biri hesab olunur. Orada yaşayan canlılar sırasında boz ayı, canavar, tülkü, ilan, kərtənkələ, qurbağa, ördəkək, anqut, yaşıl ördək, tutuquşu, göyərçin, qaşqaldaq, bildirçin, qartal və digər canlılar daxildirlər.
Bulaqlar Çeşməsi
 
Neyr şəhərinin şimalında, şəhərdən 300 -400 metr aralıda yerləşən Bulaqlar çeşməsi təqribən dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşir. Onun təbii görünüşü dağlar,ağaclar və yaşıl təbiətdən ibarət olan gözəl bir mənzərə təşkil edir. Bu bölgənin ən mühüm çaylarından biri olan Ağlağan çayında xallı qızıl balıqlar yaşayır.

Şahbulaq Çeşməsi
 
Şəhərin kəndlərindən biri olan Şahbulaq şəhərin şərq hissəsindən 7 kilometr aralıda yerləşir. Bu bulaq Ərdəbilin cənub – qərbindən və Ərdəbil – Təbriz magistral yolundan 25 kilometr məsafə aralıda yerləşir. Kəndin cənub – qərbindəki geniş bölgə yuxarı şəhərin arasındakı ərazidə yerləşir. Kiçik və böyük bulaqlardan ibarət olan bu kompleks sərin və içməli suyu, gözəl təbiəti, qədim söyüd ağacları və yaşıl çəmənliyi ilə insanları özünə cəlb edir.

Ərdəbil Ostanlığının Məşhur Bulaqları
Lənqan bulağı, Şah bulağı, Ağ bulaq, Daşlı bulaq, Qaşqa bulaq, Dəli Alı bulağı, Otaqlı bulağı, Gəvəzə bulağı, Qara bulaq, Turşu bulaq, Qotur suyu çayı bulağı, Dağ bulaq, Təklə bulağı, Al bulaq, Qanlı bulaq, Cinli bulaq, Acı bulaq, Qırx bulaq, Gör – gör bulağı, Süslü bulaq, Bükmüş bulaq, Hacı Zal bulağı, Kəlxoran Poladlı, Qotur bulaq, Batman bulaq, İsa Batman bulağı, Neyregər, Şirlər çeşməsi, Şah bulağı, Göyərçin bulağı, İranlı bulağı, Daşbulaq, Kürd Ağbulağı, Pir Ağac bulağı, Yeni bulaq, Mirədil bulağı, Xernab, Ağbulaq.

Ərsbalan Dağ Silsiləsi ( Qaradağ)
Bu dağ qərb tərəfindən Xalxal Pilərçay dərəsi, cənub tərəfdən Əhərçay və Qaraçay çayları, şərq tərəfdən İran və Azərbaycan Respublikası sərhəddi və şimal tərəfdən isə Araz çayı ilə əhatə olunub. Artaz dərəsi Qafqaz dağları ilə bu dağ silsiləsini bir – birlərindən ayırır. 9500 kvadrat kilometr sahəsi olan bu dağ get – gedə yüksəlməyə doğru istiqamətlənən dağlardan təşkil olunub. Onun ən hündür zirvəsi olan Surcer təpə 2946 metr hündürlüyə malikdir.

Savalan – Culfa Dağ silsiləsi
 
Bu silsilə qərb dağətəyi silsilədən başlayır və qərb istiqamətdən Təbrizin şimalına doğru davam edir. Dağ silsiləsi oradan  şimal – qərbə doğru uzanır. Ağçay dərəsinin qurtaracağında tamamlanır. Savalan – Culfa dağ silsiləsi 260 kilometr məsafədə uzanır. Onun ərazisi ən ensiz yerdə ( Əhərin cənubu) 31 kilometr, ən enli yeri isə ən azı 70 kilometrə çatır ( Sərabın şimalı ) . Onun sahəsi 12900 kvadrat – kilometrdir. Bu dağ silsiləsi müvafiq olaraq şərqdən – qərbə doğru əhəmiyyətli dağlardan təşkil olunub. Onların ən hündürü olan və Ərdəbilin 41 kilometr qərbində yerləşən Savalan dağının zirvəsi 4811 metrdir. Ərdəbil şəhərinin qərbində yerləşən Savalan dəniz səviyyəsindən 4811 kilometr yüksəklikdə yerləşir. Onun Qarasu dərəsinə olan nisbi yüksəkliyi təqribən 3400 metrdir. Savalan yatmış vulkan dağ silsiləsi Ərdəbildən şimal – qərbdə yerləşən  Qarasu dərəsindən başlayaraq, 60 kilometr şərq – qərb bucağında, Əhərin cənubundakı Qoşadağ dağlarına qədər 48 kilometr ərazidə uzanır. Savalan Dəmavənd dağından sonra  İranın ən məşhur sönmüş vulkanıdır. Vulkanik fəaliyyətlər səbəbindən onun zirvəsi konusvari şəkildə formalaşmışdır. Bu konusvari vulkanın ağzında çox gözəl bir göl əmələ gəlmişdir. Bütün il ərzində qar və buzla örtülmüşdür. Savalanın ən hündür zirvəsi “Sultan Savalan” adlanır. Onun ikinci zirvəsinin adına isə Hərəm dağı deyirlər.  İti burnuna dırmanmaq qeyri mümkündür . Üçüncü zirvəsinin Sultan Savalana olan nisbəti çox azdır və “Canavar dağı” adlanır. Savalan bölgəsinin sahib olduğu xüsusiyyətlərdən biri də onlarla mineral bulaqlarının mövcud olmasıdır. Bu dağın ətrafında Qotursu bulağına qədər eyni mənbədən olan mineral bulaqlar səpələnib. Bu suların əksəriyyəti öz başlanğıclarını eyni yerdən götürürlər. Savalan ekoloji baxımdan məhsuldar bölgədir. Göllərin, su hövzələrinin və  vəhşi heyvanların, quşların və növbənöv bitkilərin yaşayış imkanları üçün qorunaq yerlərinin, geniş otlaqların, bolsulu çayların,  saf və təmiz bulaqların, xoşagələn iqlimin mövcud olması və bütün digər məlumatlar bölgənin unikal ekologiyasından xəbər verir. Vəhşi heyvanların yaşayış yerləri Savalanın şimal – şərq hissəsi  və aşağı şimal yüksəkliklərində Meşginşəhr yolundan Ərdəbilə qədər olan bir ərazini əhatə edir.

Bağru ( Talış) Dağ Silsiləsi
Bağru Ərdəbil ostanlığında ən uzun dağ silsiləsi hesab olunur. Bu silsilə Cəbəlul Elborz sisiləsinin uzantısıdır. Bu silsilə Xorasandan Qafqaza qədər çatır. Bağru dağ silsiləsi Xəzər dənizinin kənarına paralel olaraq, ostanın şərq hissəsini başdan başa əhatə edir. Dağ silsiləsi Xəzər hövzəsini Ərdəbil ostanlığından ayırır. Bu dağ silsiləsi Salavat (Borzənd) dağlarının şərq qurtaracağlından başlanır və tədricən yüksəlməklə ostanın şərqi boyunca cənuba doğru uzanmışdır. Ostanın ərazisinin kənarında, Elborz dağ silsiləsinin sonuna birləşir. Bağeru dağ silsiləsi özünün müxtəlif hissələrində Poştesara, Taleş, Pələnqa da adlandırılır.

Salavat dağı
Ostanın ən ucqar şimal nöqtəsində, Şərqi Azərbaycan ostanlığından şimala doğru uzanan Qaradağ dağ silsiləsinin davamında, Qarasu çay dərəsini keçərkən, Dərərudda ( Qara dərə) sonlanır. Bu dağ silsiləsinin qollarından biri də ( Salavatdağı) Dərərud tərəfdə olan Xoruslu dağlarına və Borzəndə birləşir.

persian  home

پيوند
 
Ustad Şəhriyarın
Qədir Xum
Uşaqlar üçün Qurban bayramı hekayəsi
Ali Məqamlı Rəhbərin Həcc müraciəti
Festival
Allahın adı ilə
həzrəti İmam Rzanın (ə)
Allahın adı ilə
Həkim Ömər Xəyyam Neyşapuri
Vebinar keçiriləcək
Vebinar keçiriləcək
Naxçıvan MR Mədəniyyət Nazirliyi
“Qüds günü” səmavi dinlərin doğulduğu yerə DƏSTƏK GÜNÜ
Ali Məqamlı Rəhbər:
sərgi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Altıncı beynəlxalq islam dünyası coğrafiyaçıları konqresi keçiriləcək
Allahın adı ilə
Mədəniyyət və İrşad nazirinin “Müqəddəs müdafiə” nin 40-cı ildönümü münasibəti ilə bəyanatı
Şeir, Fars ədəbiyyatı və Ustad Şəhriyarın anım günü
İran İslam İnqilabının rəhbəri: “Fransız nəşrinin Peyğəmbəri (s.ə.s) təhqir etməsi bağışlanmaz günahdır”
Ədəbiyyat və Şərqşünaslıq sahəsində məqalə qəbulu
Məhərrəm ayı münasibəti ilə başsağlığı veririk
İslam İnqilabının Ali rəhbəri Ayətullah Təsxirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
"Qədir-Xum" dinimizin kamil olduğu gün
Ali Məqamlı Rəhbər:
34-cü Beynəlxalq Xarəzm Festivalında qeydiyyat olunmaq üçün elan
İran və Naxçıvan arasında dini və elmi əməkdaşlıq inkişaf edir
İran və Naxçıvanın ortaq incəsənət əlaqələri inkişaf edir
Beynəlxalq Mədəniyyət Festivalında Naxçıvanlı tərcüməçiyə Beynəlxalq Şəhriyar Medalı təqdim olundu
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Xəbər Tərcüməsinin İnikası
Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb
Naxçıvan Universiteti ilə Şəbüstər Azad İslam Universiteti arasında Elmi Əməkdaşlıq Müqaviləsi bağlandı
Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır
İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının üzvləri Naxçıvandakı Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri adlı sərginin qapanış mərasimində iştirak ediblər
Naxçıvanda "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı sərgi təşkil olunacaq.
Əbülfəz Qarayev - İran və Azərbaycan ortaq tarixi köklərə malikdirlər.
İbrahim Türkmən: Mədəni Bağlılıqİran və Azərbaycanın Ortaq Mirasıdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Azərbaycan Mədəniyyət Həftəsi
Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin
İmamın (r.ə) baxışında Fələstin
Tərcümə olunan "Xatirələr Aləmində" kitabının təqdimatı+Film
Naxçıvanlı rəssam tərəfindən çəkilmiş İmam Xomeyninin portretinin təqdimatı+Film
Naxçıvanda “ Mehriban İmam” foto sərgi keçirildi
“Xatirələr aləmində” kitabına bir baxış
Naxçıvanda “İmam Xomeyni həzrətlərinin irfani, əxlaqı və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirildi
Naxçıvanda imam Xumeyninin (r.ə) irfan, əxlaq və tərbiyyəvi xüsusiyyətlərinin araşdırılması ilə bağlı konfrans təşkil olunub.
İran seçkiləri və media gücü
İranda prezident seçkiləri öncəsi debatlar
İranda keçirilən seçkilər və itirlmiş demokratiya
Saytın Məqalə Bankındakı Məqalələrin Siyahısı
Naxçıvanlı rəssam Sabir Məmmədovun fərdi sərgisi təşkil olunub
Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam Ölkələri Oyunları
İranlı və Naxçıvanlı İdmançıların Qarşılıqlı Əlaqələri Yüksələn Xəttlə İnkişaf Edir
Naxçıvanda Novruz Bayramının Qarşılanması
Fars dili kursı 2017
Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir – VİDEO
İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Xocalı faciəsi, İslam Dünyasının Böyük Müsibətidir
Ayətullah Şəbüstəri: Xocalı şəhidlərinin pak ruhlarına salam göndəririk.
Keyhan Kalhorun qrupu Oskar Musiqi mükafatına layiq görüldü
İmam Xumeyninin (rə) məşhur fotoqrafı kimdir?
İran İslam İnqilabının 38 – ci ildönümü günündə Naxçıvanda möhtəşəm konsert təşkil olunub
İİR – ın Naxçıvandakı Mədəniyyət Mərkəzi sərgisi təşkil etdi
Naxçıvanla İran arasında mədəniyyət və turizm əlaqələri genişlənir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini İranın Naxçıvandakı başkonsulluğunda olub
ELAN
17 mərtəbəli Plasco binası cöküb
“ Ayətullah Rəfsəncani həm İran və həmdə Azərbaycan üçün böyük və önəmli şəxsiyyət idi”.
Naxçıvanın tanınması İranda günbəgün genişlənir
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmməd(s) və İmam Cəfər Sadiq(ə)ın mübarək mövlud günüdür
Əhli beytin (ə) səsi Müəzzinzadə
Urmiyadan Naxçıvana bir baxış
İslam aləminin ən tanınmış alimlərindən olan Ayətullah Musəvi vəfat etdi
İslam dünyasının parlayan ulduzu Səlim Müəzzinzadə dünyasını dəyişdi
Lavaş Yuneskoda qeydə alındı
Naxçıvan ilə İran arasında elmi əlaqələr genişlənir
Ustad Kəriminin Milli Konqresi pozitiv düşüncəli cəmiyyət üçün fürsətdir
Naxçıvan kəhrizləri tədqiq edilir
Yəzd və Naxçıvan arasında müqavilə
İran İslam Respublikasının Yuneskoya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin Naxçıvan səfəri
Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi ilə tanışlıq
"Məhəmməd(s.ə) Peyğəmbər" filmi, Türkiyənin 400 kinoteatrinda ekran edilib
Urmiyada Kərim Marağayinin anım tədbiri keçirildi
Qedir Xum Bayramınız Mubarek!
İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir
Mina faciəsinin birinci ildönümü
Naxçıvanlı tələbələrin İrandaki elmi naaliyyətləri
Mina faciəsi 1 il öncədən film vasitəsilə planlaşdırılıbmış
Mina faciəsi beynəlxalq vəkillər tərəfindən araşdırılacaq
Tarixi Binaların Restorasiyası Fondunun tanıtdırılması
Tehran konserti
Urmiyanın Naxçıvan xəbərləri