پنج شنبه 07 بهمن 1400

Fars Ostanlığının Təqdimatı (Şiraz)

Türbələr:

Şahçıraq türbəsi:

Lacivərd günbəzi, mükəmməl  üslubu və  kaşı işləməsi ilə uzaqdan diqqəti cəlb edən Şahçıraq türbəsi Şiraz şəhrestanlığının ən dəbdəbəli və ən mühüm məzhəbi mərkəzlərindən biridir.

Hafiz Məqbərəsi

İlk dəfə olaraq, Hafizin ölümündən 65 il sonra, 856 hicri – qəməri ilində ustad Şəmsəddin Məhəmməd Yəğmayi Hafizin məzarı üzərində günbəz ucaltmağa başladı və onunla bərabər böyük bir hövuz da inşa etdi. Bu hovuzun suyu  Reknabad çayından təmin olunur. Bu bina hicri – qəməri 11 – ci əsrin əvvəlində böyük Şah Abbasın hakimiyyəti dövründə təmir edilib. Daha sonra isə Nadir şahın əmri ilə Hafizin məqbərəsi təmir olundu. Hafizin hal – hazırki  məzar binası isə hicri – qəməri 1187 – ci ildə Kərim xan Zəndin zamanında indiki orjinal görünüşünü alıb.

 

Şeyx Məhəmməd Lahici Türbəsi

Türbə binası “Şah Dai Allah” darvazasının yaxınlığındakı “Ləbab” məhəlləsində yerləşir. Əslində bu bina

 

Abdullah Xəfif Türbəsi

Sufi təriqətinin öncüllərindən böyük şeyx kimi məşhur olan Abdullah Xəfif hicri – qəməri 372 – ci ildə vəfat edib.

İmadəddin Mahmud Məqbərəsi

Xacəvinin məzarüstü türbəsindən qərbdə və dağın ətəyindən yuxarıda yerləşən , Şərq adlandırılan səfalı bağları və xoş mənzərələri mövcuddur.

Şah Fərəcullah Lamərdin türbəsi

İkinci və üçüncü Ərdəşirin Məqbərələri

Kərim xan Zəndin Məqbərəsi

Kərim xan Zəndin zamanından böyük  və qədim bir bağın ortasında səkkiz güşəli Nəzər bağı imarəti qalmışdır. Bu imarət Kolah ferəngi” kimi də məşhurdur. Bu bina 1179 – 1193 – cü hicri – qəməri illəri arasında inşa edilmişdir.

 

Abeşxatun Məqbərəsi

Abeşxatun Atabəylərin sonuncu padşahı idi. 685 və ya 587 – ci hicri – qəməri illərində Təbrizin Çərəndab məhəlləsində dünyasını dəyişib. Qızı onun cəsədinin Şiraza daşındı və Şiraz şəhərindən cənub – şərq qurtaracağında  uca bir yerin kənarında, onun üçün bir məqbərə düzəltdirdi.

 

Məşriqeyn Məqbərəsi

Şirazın Allahu Əkbər boğazında Xacu məqbərəsinin yaxınlığında və ariflərin ibadət və itaəti üçün bir mağara mövcud idi. Mağaranın qarşısında tanınmış vəzir Şah şeyx Əbu İshaq İncunun Xacu Emadəddin məqbərəsi yerləşir.

Babakuhi Məqbərəsi

Xacu Kermaninin məzarı  dağın ətəyində yerləşən və Baba Kuhi adlanan ziyarətgahdan bir qədər aralıdadır. Fətəli şahın nəvəsi olan Təhmasib mirzə tərəfindən 1275 – ci ildə bu ərazidə tikilən və Şiraza gözəllik bəxş edən bu türbə binasına bir neçə otaq və ay işığı daxildir. Babakuhi Şirazın məşhur şair və ariflərindən biri idi.

Xacu Kirman məqbərəsi

Xacu Kirman səkkizinci əsri fars ədəbiyyatının məşhur şair və ariflərindən biri idi. Xacunun mızarüstü türbəsi Quran darvazasının qərbində və ondqan bir qədər yuxarıda, dağın ətəyində səfalı bir ərazidə yerləşirdi.

Sədinin Məqbərəsi

Sədinin məqbərəsi Şirazın şimal – şərqində, Pehnəd adlanan bir dağın ətəyində yerləşirdi. Deyilənlərə görə Sədinin vəfatından sonra, 691 – ci hicri – qəməri ilində onu həmin yerdə yerləşən xanəgahında dəfn ediblər.

Sibveyhi Məqbərəsi

Ərəb nəhv elmini ilk dəfə sistemləşdirən alimin məqbərəsi Şirazın qara daş məhəlləsində qədim formada yerləşirdi. Məzarın yerində dördkünclü bir qara daş yerləşirdi.

 

 

 

 

 

Bazarlar:

Cəhrom bazar

Bu kopmpleks qədim Cəhrom şəhərinin mərkəzində yerləşirdi. Onun qədimliyi Zəndlərin son dövrlərinə qədər çatırdı. 1256 – cı hicri – qəməri ilində hakim Cəhrom tərəfindən bina yenidən inşa edildi. Cəhrom bazarına şimal – cənub bazarları kateqoriyasının bir hissəsinə daxildir. Bu bazar, yeni tikilən Mənuçöhri prospektində başlayır və Molla Cavad məhəlləsinin yaxınlığında sona çatır. Digər bazar kateqoriyası isə  şərq – qərbdir. O, yeni bazardan başlayaraq, Hacı Məhəmməd Hüseyinin məscidində sonlanır. Bu iki kompleksin əraziləri 4 geniş potensialı formalaşdırır.

Hacı bazarı

Lütfəli xan Zənd prospekti və Seyid Mirməhəmməd məqbərəsindən  bir qədər məsafədə yerləşən bu bazar Şirazın ən qədim bazarıdır. Bhu bazar Came məscidinin şimal – qərbindən başlanır. Bu bazarın ilk yaranma tarixi Deyləmyanlar və hətta ondan daha da qədimə qədər gedib qayıdır.

 

Qeysəriyə bazarı

Bu kompleks Lar şəhərində, Fars ostanlığının cənubunda yerləşir. Bu bazar tarixi İran bazarları içərisində ən qədim və ən əhəmiyyətli bazarlarından biri hesab olunur. Ların Qeysəriyə bazarı  özünə məxsus və diqqət cəlb edən maraqlı xüsusiyyətləri mövcuddur. Onun memarlıq üslubu İsfahan bazarı, Şirazın Vəkil bazarı və bu kimi bir çox bazarların tikilməsinə səbəb olmuşdur.

 

Kazeron bazarı

Yeni bazar kimi məşhur olan bu bazar kompleksi xarici görünüşü baxımından Qacarlar dövründə Səfəvilərin bazarlarının yerinə inşa olunmuşdur. Yeni bazar daş və gildən tikilib. Əbu İshaq prospektinin tikilməsi ilə isə iki hissəyə bölünmüşdür.

 

Məşir bazarı

Şirazın Vəkil bazarının onun cənub tərəfind  yerləşən  bu dəyərli kompleks və təqribən 1288 – ci hicri – qəməri ilində Mirzə Əbülhəsənxan Məşirəlmülk tərəfindən tikilən və Qacarlar dövrünə aid əsərlər sırasına daxil olan binanın eksponantları həzrəti Seyyidüş Şühədaya vəqf olundu. Bu kompleks bir bazar bir neçə sıradan və böyük bir darvazadan ibarət idi. Bazar şimaldan cənuba çəkilərək,cənubda Ordubazara qədər uzanırdı.

 

 

 

Nuşiravan bazarı

Bu bazar “İsfahan darvazası” – nın istiqamətində,  “Vəkil bazarı” boyunca tikilmişdi. Onun banisi Mirzə Yusuf Əşrəfi Mazandarani Şirazın vəzirlərindən idi. Bu bazar əvvəllər “Mirzə Yusifi bazarı” kimi məşhur idi. Lakin Qacarlar dövrünün sonlarından təzə tikilmiş olması səbəbindən “təzə bazar” kimi tanındı.

 

Vəkil bazarı

Kərim xan Zəndin tikdirdiyi bu dəyərli kompleks Şiraz bələdiyyə meydanının şərqində, Came məscidinin kənarında yerləşirdi . Bu kompleksin tikintisi hicri – qəməri  1187 – ci ildən sonra başlanmalı idi. Bəzilərinin inanclarına əsasən, Kərim xan Zənd bu bazarın tikintisində Ların Qeysəriyə bazarını nümunə götürüb.

Bağlar

Sədinin məqbərəsinin yaxınlığında yerləşən bu ürəkaçan bağları teymurilər zamanında Şirazın mühüm əyləncə bağlarından biri idi. Bu bağın tarixi Sasanilər zamanına aid edilir və onda mövcud olan binalar Qacarlar dövrünə aid edilir. Bu bağ ordubehişt ayında baharın

Əfifabad bağı

Təqribən 127000 kvadrat metr sahəsi olan Əfifabad bağı Şirazın ən gözəl tarixi bağlarından biridir. Bu bağ Səfəvilər dövründə padşahların gəzdiyi mühüm bağlardan biri idi.

 

Erəm bağı

Erəm bağının Qacarlar dövründən qalan bina və tağı Şirazın ən gözəl bağıdır. Bu bağda dekorativ güllər və müxtəlif ot növləri mövcuddur. Şiraz Universiteti onu öz Nəbatat bağına çevirmişdir. Bağ Şiraz şəhərinin şimalında Babakuhinin (baba dağı) ətəyində yerləşir. Bu bağda Atabək Qaraça dağın şərəfinə hicri – qəməri 480 – ci ildə bir imarət ucaldılmışdır.

İlxani bağı

İlxani bağı Qacarlar dövründə yaşıl məkanlardasn biri olub. Onun köhnə binası, qədim imarəti və görülməli yerləri mövcuddur.

Cahannəma bağı

Cahannəma bağı prospektin şərqində yerləşir. Onun möhkəm kərpic divarı Zəndlər dövrünə aiddir. Əyri olmasına baxmayaraq hələ də sağlam durur. Bu səfalı bağ Zəndlərin zamanında inşa olunan ikimərtəbəli  Şirazın qədim bağlarından biridir.

 

 

Muzeylər

Əhəmənilər muzeyi

İranın ən qədim binalarından biri olan Əhəməni muzey binası bərpa olunaraq Əhəmənilərə həsr olunan muzey olmuşdur. Bu bina Təxte Cəmşid kompleksinin saraylarından biri olan bu bina miladdan 2500 il əvvəl Əhəmənilər sülaləsi dövründə tikilib.

 

 

Sasani Bişapur muzeyi

Sasanilər dövrünün dəyərlərinə münasib olan və adının tarixi miladi 260 – cı ilə qədər çatan bir muzey kompleksinin yaradılması layihəsinin zəruriliyi, şəmsi 1317 – ci ildə professor Qrişmen tərəfindən yaradılıb. Bu muzeyin binası iki hissədən təşkil olunub. 91 kvadrat metrlik bu binanın bir tərəfi böyük bir salonundan və digər tərəfi isə tarixi hesab olunan hissədən təşkil olunub.

 

Kərim xan Zənd muzeyi

Böyük və qədim bir bağın ortasında Kərim xan Zəndin dövründən qalmış Bağnəzər (باغ نظر) adlanan səkkizbucaqlı bir imarət Kolah fərəngi kimi məşhurdur. Bu bina və digər Zəndiyə kompleksləri hicri – qəməri1179 – 1193 – cü illərində tikilmişdir.

 

 


 

Həft Tənan ( Yeddi molyusk)Tarixi Daşlar Muzeyi

Fars ostanının mərkəzi olan Şiraz malik olduğu gül və reyhanla dolu olan səfalı bağları ilə dünyaca məşhurdur. O, bu şöhrətini İranın qədim tarixi, ədəbiyyatı və onun tanınmış şairləri olan Sədi və Hafizdən almışdır. Şübhəsiz Şirazın görülməli olan yerlərinin mühüm bir hissəsi Zəndlərin hakimiyyəti müddətində  paytaxt olduğu dövrlərə aiddir.

Nəsirəlmülk İmarətində Qacar Muzeyi

Məscid, hamam, su anbarı və s. – in daxil olduğu Nəsirəlmülk binalar kompleksi Şirazın qədim məhəlləsində ( İshaq bəy) yerləşir. ( Hacı Mirzə Həsənlixan Nəsirulmülk üçüncü Hacı Mirzə Qəvvamulmülk Qacarlar zamanında olan hakimlərdən biri idi.

 

 

 

Qəvvam Narencestan Muzeyi

Qəvvam Narencestan kimi məşhur olan bu bina Şirazın Qəvvam kompleksinin bir hissəsidir. Hicri – qəməri 1257 – 1267 – ci illər arasında Nəsrəddinşah Qacarın zamanında tikilərək təkmilləşdirilib. Qəvvami kompleksinin Fars Hökumət evi kimi istifadəsi barədə qərar qəbul edilir.

 

 

Şahçıraq Muzeyi

Şəmsi 1344 - cü ildə Şahçıraq həzrətlərinin müqəddəs hərəminin bir guşəsində orada mövcud əşyalarının bir hissəsinin nümayiş olunması üçün xüsusi bir otaq təsis olundu.

 

Nizami Əfifabad Muzeyi

Gülşən bağında  yerləşən tarixi Əfifabad binası hicri – qəməri 1241 -1243 – cü illər arasında Mirzə Məhəmmədxan Qəvvamulmülk Şirazinin əmri ilə tikilmiş ən qədim Qacar Şirazi binalarından biri hesab olunur.

 

Şiraz Universiteti Təbiət Tarixi Muzeyi

Təbiət Tarixi Muzeyi 1353 – cü ilin Esfənd ayında təsis olunub və 1356 – cı ildə indiki binasına köçürülüb. Bu muzey bir çox seçilmiş canlı, bitki, daş və növbənöv fosil nümunələrindən təşkil olunub.

 

 

 

Ənənəvi Musiqi

Qaşqay elində üç musiqi qurupu mövcuddur:  Aşıqlar, çəngyanlar və sarbanlar.

 

Qaşqay aşıqları:

Qaşqay aşıqları Qafqaz, Şirvan kimi bölgələrdən Fars ostanlığına köç ediblər və türkdillidirlər. Onların orjinal sazı “Çequr” – dur. Lakin 30 il öncə “Tar” onun yerini tutub. İndi isə Kamança onların orjinal sazıdır. Aşıqlar çətin həyat şərayiti olması səbəbindən daha çox şəhərlərdə yaşayırlar və bir neçə ellə əlaqələri yoxdur. Digər birçoxları isə yoxsulluq səbəbindən Şirazın ətrafındakı abad kəndlərdə yaşayırlar. Onların mahnılarının bir çoxu qeyd olunmamağı səbəbindən unudulub. Aşıqlar adətən uzun dastanları saz və avazla oxuyurlar. Qədim aşıq mahnılarından “Sehravazi və “Cəngnamə” – ni, müasir dastanlardan isə “Koroğlu”, “Mahmud və Sənəm”, “Həlilə və Xosrov” və “Bisütun” – u misal göstərmək olar.

 

Çəngyan

Qaşqay qəbiləsinin musiqisi Çəngyanlar arasında yayılmışdır. Onlar Kurna”, “saz” və “nağara” çalğıçıları idilər. Bu incəsənət xadimləri adətən toylarda və digər mərasimlərdə ifa edirdilər. Çəngilər də aşıqlar kimi elin kasıb və zəhmətkeş insanlarının arasından çıxırlar. Çəngyanlar öz tayfalarının ənənəvi musiqilərinin nümayəndələridirlər və onların aşıqlarınkı qədər çətin və qarışıq çalğıları yoxdur. Onların bütün musiqi növləri yerli ənənələrə sayılır.

 

Sarbanlar

Sarbanlar el mahnılarını neylə ifa edirdilər. Ney il insanlarının arasında qədim saz kimi tanınmışdı. Aşıq və çəngilərin mahnıları Qaşqay türklərinin dilindədir. Lakin sarbanlar ondan daha fərqli olan bir dildə, yəni pəhləvicəyə bənzəyən Kuruşicə oxuyurlar. Sarbanlara məxsus olan mahnıların arasında hərəkətdə olan dəvələri təsvir edən Qodadərnəma adlı mahnını misal göstərə bilərik. Qaşqay ellərində ən maraqlı mahnılardan birini də adətən, el analarının arasında oxunan lalayi” – lər ( Laylalar) təşkil edirlər. Qaşqay elində iş görülən zamanda oxunan aşağıdakı mahnılar da mövcuddur:

Səhra avazi, cəngnamə, düyü döyərkən oxunan mahnı, sürü otararkən və heyvan sağarkən və s.

Turizm kəndləri:

Fars ostanlığının turizmyönümlü və füsunkar kəndləri aşağıdakılardan ibarətdirlər:

Qəllat kəndi:

Şiraz şəhərinin mərkəzi hissəsində yerləşən bu kənd füsunkar tarix və təbiətə malikdir.

Marqon kəndi:

Sepidan şəhərinin mərkəzində yerləşir və füsunkar təbiətə malikdir.

Dəştək kəndi:

Morudəşt şəhərinin Dorudzən hissəsində, gözəl təbiətə və dəyərli toxuculuq sənətinə malikdir.

Cizərzar şəhəri

Morudəşt şəhərinin Kam Füruz hissəsi, , gözəl təbiətə və dəyərli toxuculuq sənətinə malikdir.

Paqolle kəndi

Təng bərraq kəndi

Gözəl tarix və füsunkar təbiətə malik olan bu yer Eqlid şəhərinin yüzillik bir hissəsidir.

Bəndər Əmir kəndi

Morudəşt kəndinin mərkəzi hissəsində yerləşən bu kənd füsunklar təbiətə və tarixə malikdir.

Sərməşhəd kəndi

Kazerun şəhərinin Balade hissəsində yerləşən bu kənd füsunkar təbiətə malikdir.

 

persian  home

پيوند
 

 
Ustad Şəhriyarın
Qədir Xum
Uşaqlar üçün Qurban bayramı hekayəsi
Ali Məqamlı Rəhbərin Həcc müraciəti
Festival
Allahın adı ilə
həzrəti İmam Rzanın (ə)
Allahın adı ilə
Həkim Ömər Xəyyam Neyşapuri
Vebinar keçiriləcək
Vebinar keçiriləcək
Naxçıvan MR Mədəniyyət Nazirliyi
“Qüds günü” səmavi dinlərin doğulduğu yerə DƏSTƏK GÜNÜ
Ali Məqamlı Rəhbər:
sərgi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Altıncı beynəlxalq islam dünyası coğrafiyaçıları konqresi keçiriləcək
Allahın adı ilə
Mədəniyyət və İrşad nazirinin “Müqəddəs müdafiə” nin 40-cı ildönümü münasibəti ilə bəyanatı
Şeir, Fars ədəbiyyatı və Ustad Şəhriyarın anım günü
İran İslam İnqilabının rəhbəri: “Fransız nəşrinin Peyğəmbəri (s.ə.s) təhqir etməsi bağışlanmaz günahdır”
Ədəbiyyat və Şərqşünaslıq sahəsində məqalə qəbulu
Məhərrəm ayı münasibəti ilə başsağlığı veririk
İslam İnqilabının Ali rəhbəri Ayətullah Təsxirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
"Qədir-Xum" dinimizin kamil olduğu gün
Ali Məqamlı Rəhbər:
34-cü Beynəlxalq Xarəzm Festivalında qeydiyyat olunmaq üçün elan
İran və Naxçıvan arasında dini və elmi əməkdaşlıq inkişaf edir
İran və Naxçıvanın ortaq incəsənət əlaqələri inkişaf edir
Beynəlxalq Mədəniyyət Festivalında Naxçıvanlı tərcüməçiyə Beynəlxalq Şəhriyar Medalı təqdim olundu
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Xəbər Tərcüməsinin İnikası
Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb
Naxçıvan Universiteti ilə Şəbüstər Azad İslam Universiteti arasında Elmi Əməkdaşlıq Müqaviləsi bağlandı
Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır
İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının üzvləri Naxçıvandakı Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri adlı sərginin qapanış mərasimində iştirak ediblər
Naxçıvanda "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı sərgi təşkil olunacaq.
Əbülfəz Qarayev - İran və Azərbaycan ortaq tarixi köklərə malikdirlər.
İbrahim Türkmən: Mədəni Bağlılıqİran və Azərbaycanın Ortaq Mirasıdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Azərbaycan Mədəniyyət Həftəsi
Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin
İmamın (r.ə) baxışında Fələstin
Tərcümə olunan "Xatirələr Aləmində" kitabının təqdimatı+Film
Naxçıvanlı rəssam tərəfindən çəkilmiş İmam Xomeyninin portretinin təqdimatı+Film
Naxçıvanda “ Mehriban İmam” foto sərgi keçirildi
“Xatirələr aləmində” kitabına bir baxış
Naxçıvanda “İmam Xomeyni həzrətlərinin irfani, əxlaqı və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirildi
Naxçıvanda imam Xumeyninin (r.ə) irfan, əxlaq və tərbiyyəvi xüsusiyyətlərinin araşdırılması ilə bağlı konfrans təşkil olunub.
İran seçkiləri və media gücü
İranda prezident seçkiləri öncəsi debatlar
İranda keçirilən seçkilər və itirlmiş demokratiya
Saytın Məqalə Bankındakı Məqalələrin Siyahısı
Naxçıvanlı rəssam Sabir Məmmədovun fərdi sərgisi təşkil olunub
Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam Ölkələri Oyunları
İranlı və Naxçıvanlı İdmançıların Qarşılıqlı Əlaqələri Yüksələn Xəttlə İnkişaf Edir
Naxçıvanda Novruz Bayramının Qarşılanması
Fars dili kursı 2017
Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir – VİDEO
İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Xocalı faciəsi, İslam Dünyasının Böyük Müsibətidir
Ayətullah Şəbüstəri: Xocalı şəhidlərinin pak ruhlarına salam göndəririk.
Keyhan Kalhorun qrupu Oskar Musiqi mükafatına layiq görüldü
İmam Xumeyninin (rə) məşhur fotoqrafı kimdir?
İran İslam İnqilabının 38 – ci ildönümü günündə Naxçıvanda möhtəşəm konsert təşkil olunub
İİR – ın Naxçıvandakı Mədəniyyət Mərkəzi sərgisi təşkil etdi
Naxçıvanla İran arasında mədəniyyət və turizm əlaqələri genişlənir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini İranın Naxçıvandakı başkonsulluğunda olub
ELAN
17 mərtəbəli Plasco binası cöküb
“ Ayətullah Rəfsəncani həm İran və həmdə Azərbaycan üçün böyük və önəmli şəxsiyyət idi”.
Naxçıvanın tanınması İranda günbəgün genişlənir
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmməd(s) və İmam Cəfər Sadiq(ə)ın mübarək mövlud günüdür
Əhli beytin (ə) səsi Müəzzinzadə
Urmiyadan Naxçıvana bir baxış
İslam aləminin ən tanınmış alimlərindən olan Ayətullah Musəvi vəfat etdi
İslam dünyasının parlayan ulduzu Səlim Müəzzinzadə dünyasını dəyişdi
Lavaş Yuneskoda qeydə alındı
Naxçıvan ilə İran arasında elmi əlaqələr genişlənir
Ustad Kəriminin Milli Konqresi pozitiv düşüncəli cəmiyyət üçün fürsətdir
Naxçıvan kəhrizləri tədqiq edilir
Yəzd və Naxçıvan arasında müqavilə
İran İslam Respublikasının Yuneskoya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin Naxçıvan səfəri
Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi ilə tanışlıq
"Məhəmməd(s.ə) Peyğəmbər" filmi, Türkiyənin 400 kinoteatrinda ekran edilib
Urmiyada Kərim Marağayinin anım tədbiri keçirildi
Qedir Xum Bayramınız Mubarek!
İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir
Mina faciəsinin birinci ildönümü
Naxçıvanlı tələbələrin İrandaki elmi naaliyyətləri
Mina faciəsi 1 il öncədən film vasitəsilə planlaşdırılıbmış
Mina faciəsi beynəlxalq vəkillər tərəfindən araşdırılacaq
Tarixi Binaların Restorasiyası Fondunun tanıtdırılması
Tehran konserti
Urmiyanın Naxçıvan xəbərləri