پنج شنبه 07 بهمن 1400

Mazandaran ostanlığı

 

Bəldə qülləsi

Mazandaranın Bəldə qülləsi digər qüllələrdən daha məşhurdur. Səfəvilər dövlətinin erkən dövrlərində öz zamanının ən əsas məskunlaşma  mərkəzlərdən biri idi. Bu qüllənin qalıqları  indi də onun güc  və əzəmətini nümayiş etdirir.

 

Kəngəlu qülləsi

Təqribən İkiçayın(Səvadkuh bölgəsi) 20 kilometr cənub – şərqində Kəngəlu kəndinin yaxınlığındakı uca bir qayanın üzərində yerləşirdi. Onun böyük bir hissəsi çox uzun zaman keçməsi və kəskin iqlim faktoru səbəbindən dağılmışdır.

 

Şahandəşt qülləsi  ( Mələk qülləsi)

Məlik qülləsi kimi məşhur olan bu qüllənin adı Laricanın sonuncu hökmdarı olan Məlik Bəhmən tərəfindən qoyulmuşdur. Bu qüllənin xarabalıqları dağın zirvəsindəki Şahandəşt kəndindən (Laricanın kəndlərindən biri) hələ də görünür.

 

 

Resket qülləsi

Fərim kəndində Do dangə hissəsində yerləşən bu qüllə hicri – qəməri beşinci əsrin binalarındandır. Bu qüllə onun memarlıq əsərləri ilə yanaşı öz üslubuna görə də diqqəti özünə cəlb edir. Həmçinin kufi qolzar və Sasani pəhləvi  xətlərində yazılan kitabələr də onun əhəmiyyətini daha da artırır. Resket qülləsinin binası dairəvi formada olan kərpicdən tikilmişdir. Kitabənin yuxarı hissəsində kufi Qolzar xətti ilə gözəl formada suvanmışdır. Ondan sonrakı sıra gəc və kərpiclə bəzədilmişdir.

 

Lacim qülləsi

Səvadkuh bölgəsinin Lacim kəndində yerləşən bu qüllə səhvən İmamzadə Abdullah məqbərəsi kimi məşhurdur. Qüllənin yuxarı hissəsində Sasani pəhləvi və kufi  xətti ilə yazılmış iki kərpic kitabə yerləşdirilmişdir. Kitabədə kufi (413 – cü hicri – qəməri tarixinə aid. ) xətti ilə “Bu bina Kiya İsmayıl Əbulfəvares Şəhriyar ibni Abbasa aid dəfn yeridir” yazılmışdır. Adı çəkilən bina İranın Milli Əsərləri siyahısında da qeyd olunub.

 

Sultan Zeynalabdın Qülləsi

Memarlıq üslubu baxımından Sultan Zeynalabdın qülləsinin günbəzi səkkiz üzlü piramida formasındadır. Həmçinin kaşı işləmə ilə bəzədilən bina, bəzənmiş ağac qapı, sandıq və

Sərsət qülləsi

Xarici görünüşünə görə dördkünc formada olan bu kərpic bina IX əsrə aiddir.

 

Nima Yuşicin Evi

Nima Yuşic təxəllüslü Əli İsfəndiyar İbrahimxan Əzimussəltənə oğlu Nuri Nur rayonunun Yuş kəndində doğulub. O, fars şerində “Nou şəhəri” adı ilə məşhur olan müasir üslubun banisidir. Böyük insan, müasir və yenilikçi şair olan Nima Yuşicin evi Yuş kəndində yerləşir.

 

Fazelinin Evi

Bu ev yeni Abənbar məhəlləsində, iki yaşayış evi Qacar və Pəhləvilərin dövrünə aid edilirdi. Binasının şərq hissəsində dördgüşəli həyətdən və binalar kompleksindən təşkil olunmuş Qacar Əlxaqani Pəhləvi binası gözə çarpır.

Əhməd Əli Xanın Min Kvadrat Metrlik Evi

Bu ev Behşəhr şəhristanlığının girəcəyindəki Sorx Gerye (qırmızı gözyaşı) kəndində yerləşir. Qacarlar dövrünün memarlıq üslubuna uyğun olaraq dam örtüyü düzbucaqlı formada olan kərpic binanın hər tərəfində daxil olmaq üçün iki qapısı mövcuddur.

Kəndəlus Mədəniyyət Evi Muzeyi

Bugün Mixsar adlandırılan Kəndəlus kəndi Mazandaranın Kəcur bölgəsinin ecazkar Elbruz dağ silsiləsinin yaşıllıqları arasında yerləşirdi. Kəndəlus Mədəniyyət Evi Kəndəlus kəndində yerləşən yüksək bir təpənin üzərində inşa olunmuşdur.

Babil ( Gəncinə) Muzeyi

Babil muzeyi Pəhləvilər dövründə inşa olunan tanınmış saraylardan biridir. Orada sosialogiya, tarix və aid olunan əsərlər, Mazandaranan bir çox yerlərində kəşf olunmuş çoxlu sayda arxeoloji materiallar, həmçinin də İranın bəzi yerlərində tapılmış qədim nümunələr nümayiş olunur.

Muzey binası hicri – şəmsi 1307 – ci ildə bələdiyyə binası kimi inşa olunub. Özünəməxsus memarlıq xüsusiyyətlərinin olması səbəbindən, İranın Milli Əsərləri siyahısına daxil olunub.

 

Xəzər Tamaşa salonu (Ramsər sarayı)

Ramsər sarayı 1937 – cı ildə İranlı memarlar və heykəltəraşları tərəfindən Alman mühəndisin rəhbərliyi ilə tikilib. Sarayın kənarına yaxın arazidə yerləşən növbənöv nadir bitki və ağaclarla dolu geniş bağın arasında bina yerləşirdi. Sarayın xarici görünüşü dama – dama olan mərmər daşlar və 4 sütunlu oyma eyvandan ibarətdir. Bu saray indi də muzey kimi Xəzər bölgəsindən tapılmış dəyərli arxeoloji eksponantları, dünyanın böyük rəssamlarının misilsiz tabloları, çox gözəl bürünc və daş heykəllərini özündə cəmləşdirmişdir.

 

Xoşkedar Tarix Təbiət Muzeyi

Tonekabonun mərkəzindən 30 kilometr məsafədə Çalus Abbasabad və Səlmanşəhr bölgələrinin yaxınlığında mühafizə olunan Xoşkedaran bölgəsi yerləşir. Dəniz səviyyəsindən 100 metr yüksəkdə yerləşən bu yer şimal bölgəsinin əl dəyməyən meşə və meşə - ovalıq ekosisteminin son qalıntılarından biri hesab olunur. Dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşən bu ərazi, şimal bölgəsinin əldəyməyən çox nadir meşə və meşə - otlaq ekosisteminə aid edilən sonuncu qalıqlarında biridir. 2600000 hektardan daha artıq          bir ərazidə yerləşən bu buzeydə müxtəlif növ heyvan və bitki növləri mövcuddur.

Ənənəvi Əl İşləri Muzeyi

Bu muzey tarixi Kolbadi İmarət Kompleksi və Sari nazirlər hamamının yerində yerləşir. Bu yer 2007– ci ildə açılıb. Bu muzey qalereyası Mazandaranda mövcud olan ənənəvi incəsənət sahələri, xüsusilə də ağac işləmə, ənənəvi toxumaçılıq, dulusçuluq,əl işləri və rəssamlıqda bugünə qədər olan dəyişiklikləri əks etdirərək, ziyarətçilərə təqdim edir.

Babil Şəhərinin Tarix Muzeyi

Babil şəhərinin tarixi muzeyi Babil muzeyinin inkişafı layihəsi əsasında 2007 – ci ildə açılıb. Qeyd olunmalıdır ki, Babil muzeyi 1993 – cü ildə ostanlığın sosiologiya və arxeologiya üzrə birinci muzeyi kimi açılıb. Bu muzey Pəhləvilər zamanının ən məşhur saraylarından biri kimi inşa olunub. Burada Babil və Mazandaran şəhərlərinin müxtəlif yerlərində sosiologiya, tarix və arxeologiya sahələrinə aid olan kəşf olunmuş müxtəlif əsərlər nümayişə qoyulmuşdur. Muzey binası 1929 – cu ildə bələdiyə binası kimi inşa olunub. Özünəməxsus memarlıq xüsusiyyətlərinin olması səbəbindən adı İranın Milli Əsərləri siyahısında qeyd olunub.

Alaşet Sosiologiya Muzeyi

Alaşet sosiologiya muzeyi 2010 – cu ildə Alaşet və Səvadkuhun görkəmli sosioloqları və bölgə əhalisinin yaşayış tərzini təqdim etmək üçün açıldı.

Nima Yuşic Muzeyi

Bu muzey fars dili və ədəbiyyatının atası olan Nima Yuşici daha da yüksək qiymətləndirmək məqsədilə 2010 – cu ildə açılmışdır. Bu muzey Nimanın həyatının müxtəlif dövrlərini tanıtmağa çalışmaqla bərabər, həm də əsərlərinin təsiri ilə aşkar olaraq inkişaf edən sahələri təqdim edir. Deyilməlidir ki, Nimanın cəsədi də qeyd olunan imarətin həyətində dəfn olunub.

Quran və Şəhidlər Muzeyi ( Amolun Böyük Mir Tarixi Binası)

Bu muzey Amel şəhərinin şəhidlərinin həyat və əsərlərinin tanıdılması məqsədi ilə inqilabın qələbəsi və 8 illik müqəddəs müharibə dövründə olan əlyazıları və Quranların seçilməsi nəticəsində 2008 – ci ildə açılmışdır.

Behşəhr Şəhidlər Muzeyi

Bu muzey 2010 – cu ildə 8 illik müqəddəs müharibə şəhidlərinin xatirələrini uca tutmaq məqsədilə Behşəhr şəhərində açılıb.

Gövhərtəpə Muzeyi

Gövhərtəpə muzey ərazisi Behşəhrin Rostəm Kəla bölgəsindəki eyni adlı təpənin üzərində yerləşir. Belə ki, onun adından da göründüyü kimi, bu muzey qədim bir platforma üzərində yerləşdiyindən arxeoloq və tədqiqatçıların məkanlarından biri hesab olunur. Bu muzey ərazisi dəmir dövrünün insanlarının burada yerləşməsinin şahidi olmuşdur. Bu muzey öz növbəsində ölkənin ən spesifik muzeylərindən biri hesab olunur.

Təbiətin gözəllikləri

Göllər və bataqlıqlar

Mazandaran ostanlığı dünyanın ən böyük gölünün (Xəzər dənizi) yaxınlığında yerləşməklə yanaşı, düzənliklər və yüksəkliklərdə yerləşən çoxlu sayda kiçik və böyük göllərə də malikdir. Bu yerlər təbiətdən istifadə etməyi sevənlər üçün çox gözəldir. Aşağıdakı göl və gölməçələr aşağıdakılardan ibarətdir.

 

Veleşt gölü

Bu göl Çalusun qərbində və Kəlardəşt bölgəsinin şimal – şərqində dərin bir dərənin içərisində yerləşir. Onun genişliyi təqribən 15 hektar, orta dərinliyi isə 20 metrdir. 3 milyon kub metr həcmində olan bu gölün suyu şirindir. Həmin səbəbdən köçəri quşlar, balıqlar və digər suda yaşayanlar burada məskunlaşıblar. Mərzənabaddan və Çalusun qərb istiqamətindən bu gölə gəlmək mümkündür.

Xəzərnəbi Nouşəhr (yeni şəhər) gölü

 

Bu göl Nouşəhr şəhərinin şimalında, meşənin ortasında yerləşir. Yerli sakinlərin inanclarına əsasən, bu yer müqəddəsdir. Onun genişliyi yarım hektardan daha az, dərinliyi isə təqribən 5 metrdir. Onun suyu şirindir. Bu göl insanların dağıdıcı təsirlərindən kənarda qaldığından və Mərkəzi Elbruz dağının əhatə etdiyi bir yerdə yerləşdiyindən, quş və yabani heyvan növləri bu yerdə məskunlaşmışlar.

 

 

Qaemşəhr Gül Körpüsü Gölü

Bu göl Qaemşəhrin cənub – şərqində, Berencestank kəndi və Səd Xaki Zəmzəm torpağından sonra, meşənin ortasında bir – birindən ayrı olan iki göldən ibarətdir. Onun genişliyi təqribən 5/2 hektar, dərinliyi isə 1 metrdən 5 metrə qədərdir. Suyun şirin olması səbəbindən, balıqlar və quşlar və suda yaşayan canlıların yaşayış yerinə çevrilib.

 

Sahun Gölü

Bu göl Dəmavənd qülləsinin cənub – qərb ətəklərində, Nəva kəndinin yaxınlığında yerləşirdi. Bu qədim göl və bataqlıq sahəsinin canlıların məskunlaşması üçün özünəməxsus sahəsi mövcuddur.

Estəxrpoşt Neka Gölü

Bu göl Estəxrpoşt kəndinin yaxınlığında, Zarem çay dərəsinin ortasında, böyük bir çuxur formasında dairə kimi yerləşirdi. Onun barəsində düyü tarlaları və qamışlıqlarla əhatə olunmuşdu. Mərkəzi hövzənin sahəsi təqribən yarım hektardan artıq, diametri isə 6 hektara bərabərdir. Bu gölün ətrafı məskunlaşmaq və iqamət etmək üçün yerlərlə əhatə olunmuşdur.

Şurməst gölü

Bu göl Polesefidin (ağ körpü) cənub – qərbində, Firuzkuh küçəsindən (Firuz dağı) 5 kilometr aralıda mərkəzi Elbruz dağının yüksəkliyində yerləşir. Bu göl 5 metr dərinliyə malikdir. Onun bir hektardan artıq sahəsi var. Həmçinin bhu gölün də suyu içmək üçün münasibdir.

 

Abbasabad gölü

Bu göl dəniz səviyyəsindən 400 metr yüksəklikdə, Behşəhrin cənub – şərqində, meşənin ortasında yerləşir. Şah Abbasın onun ətrafında müxtəlif tikililər inşa etməsi səbəbindən, həmin yer Abbasabad kimi məşhur olmuşdur.

Səddəryuk gölü

1 hektar sahəyə malik olan bu göl Vəliabad dərəsi ilə üzbəüz, Dalkəmər dağının ətəyində yerləşir.

Lepo Pələng Su Hövzəsi

Lepo bataqlıqlar toplusu, Şirxan Lepo və Pələngan Xəzər dənizinin 1 kilometr cənubunda, elektrik stansiyasının şərqində və Zareğ Morğ bölgəsinin şimalında yerləşir. Bu su hövzəsi bir zamanlar Xəzərin bir hissəsi olublar. Sonralar isə dənizin çəkilməsi ilə ayrılıqda olan su hövzələri kimi qalıblar. Zaman keçdikcə isə dəniz və sel suları ilə dolublar.

 

Sərandun və Baləndun Su Hövzələri Kompleksi

Bu su hövzələri kompleksi Seyid kəndinin yaxınlığında, Babelsər tərəfdə Sariyə 25 kilometr məsafədə yerləşir. Bu su hövzəsi cənubda Sərandun, şimalda isə Baləndun olmaqla 2 hissədən ibarətdir. Bu hövzənin suyu şirindir. Onların daxilində və ətrafında qamışlıq və bataqlıqlar var. Həmçinin bu bataqlıq düyü sahələri və təbii bitki örtüyü ilə əhat olunub.

Gəz Su Hövzəsi

50 hektardan artıq ərazini əhatə edən bu su hövzəsi Miyankala körfəzinin cənub – qərbində yerləşir. Onun bir hissəsi isə bu körfəzin sahəsi hesab olunur. Bu su hövzəsi yerli və köçəri quşların məskunlaşması üçün yararlıdır. Miyankala və Esmalsai yarımadalarının gözəl mənzərəsi Gəz və bataqlıq bitkiləri, çox bir gözəl və əsrarəngiz təsir bağışlayır. Həmin özünəməxsus gözəlliklər onu dünyanın misilsiz beynəlxalq su hövzələri sırasında qeyd olunmasına səbəb olub.

 

Kəndoçal Bataqlığı

Bu bataqlıq Çalusun sıx “Fibeyn” meşəsinin ortasında yerləşir.

 

Çalus Meşə Qoruğu

Çalus meşə qoruğu Çalus – Tehran yolunun 7 kilometrliyində yerləşir. Onun kənarından axan Çalus çayı ona özünəməxsus bir gözəllik bəxş edir.

 

Si senneqan Meşə Qoruğu

Bu park da Nur meşə qoruğu kimi təbii gözəllikləri, füsunkarlığı, ecazkarlığı və orada yaradılan məkanları ilə qonaq və yerli əhalinin çox böyük marağına səbəb olmuşdur. Aztapılan və səyyahların diqqətini bu məkana çəkmişdir.

 

 

Nəmək Abrud Meşə Parkı (yasaqlıq)

200 hektardan artıq sahəsi olan bu park digər meşə parkları kimi yabani yetişən sıx ağaclarla əhatə olunmuşdu. Şimşad bitkisinin müxtəlif növləri, qızılağac, böyürtkən, ağcaqayın və 700 ildən artıq ömrü  olan Şimşad ağacı mövcuddur.

Mirzə kuçek xan Meşə Parkı

Amol – Tehran prospektindən 18 kilometr aralıda yerləşən bu park bu park Sari Meşə İdarəsinin nəzarəti ilə idarə olunur.

Nur Meşə Parkı

Bu park Nur şəhərindən iki kilometr aralıda yerləşir. Onun gündəlik qalmaq üçün təchizatı və şəraiti mövcuddur.

Xoşkedaran Milli Təbiət Muzeyi

Xoşkedaran Milli Parkı Abbasabad yolu üzərində (dəniz sahilinə yaxın) yerləşir və 20 hektarlıq geniş əraziyə malikdir.

Şəhid Zare Parkı ( Holar)

Sari – Behşəhr prospektində yerləşir.

Verqayeç Parkı

Çalus – Noşəhr magistral yolunun kənarında yerləşir.

Bənəfşe parkı

Kəlarabadın Dari meşəsinin arxasında yerləşir.

Şəhid Pur İbrahimi Parkı

Saridə yerləşir.

Sisəra Parkı

Saqi Kəlayedə yerləşir.

 

 

 

Miyankala Zooparkı

Bu zoopark, Qorqan Körfəzi, Aşuradə və Miyankaliye yarımadasına aiddir. O 7 000 hektar sahəyə malikdir. Bu zoopark Yuneskonun yer kürəsində ekoloji sərvətləri siyahısına daxil edilib.

 

Səmsəkənde Zooparkı

1000 hektarlıq əraziyə malik olan bu bölgə meşə düzənlik sahələrindən təşkil olunub. Hal – hazırda onun bir hissəsi sarı maralların mühafizəsi üçün ayrılıb. Şəhid Zare  Meşə parkı bu zooparkın yaxınlığında yerləşir.

Dəştnaz Zooparkı

Sarinin şimal – şərqində yerləşən, 55 hektarlıq olan bu zoopark meşə düzənlik sahəsi olan 1968 – cı ildən İran sarı marallarının çoxaldılması məqsədilə hazırlanıb. Bu zooparkda İranın sarı marallarının qorunması və mühafizəsi çərçivəsində hər il bəslənən və artırılan maralların əksəriyyətini həqiqi yaşayış yerlərinə yəni Dez və Karon  çaylarının kənarına nəql edirlər.

Dodange və Çəhardange Qoruqları

Təqribən 6 hektarlıq bir sahəni əhatə edən bu bölgə meşə otlaq ərazisində Dodange və Çəhardange kəndlərində yerləşir. Burada çox müxtəlif bitki və heyvan növləri mövcuddur. Meşə ağac və bitki  növlərindən əlavə, vəhşi heyvanlardan ibarət bir toplu da mövcuddur. Onlar sırasında ən mühümləri isə aşağıdakılardan ibarətdir:

Maral, qarapaça, kəl, dağ keçisi, ayı, pələng və bir çox quş növləri, xüsusilə də qırqovul, adi kəklik, yabani kəklik və s. onu daha da ecazkar edir.

 

 

 

Bulaqlar və Mineral Sular

 

Ramser Mineral Suyu

Bu qeyzerlər bir neçə qrupdan təşkil olunurlar. Onlar kükürd qazlı qeyzerlər kimi tanınırlar. Bu qeyzerlər Cəvahir deh (10), Kətalem, Sadat məhəlləsi və Ramsar şəhərinin özündə yerləşirlər.

 

Dəmir Mineral Suyu

Bu qeyzer Laricanın Əsək çayının yuxarısında, Bidestan kəndinin ortasında yerləşir. Bu bulağın suyunun tərkibində karbonat – sulfat və asid turşuları da mövcuddur. Bu bulağın suyu qan azlığı və dəri xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır.

 

Abəsək Mineral Suyu

Bu mineral su bulağı Larican vilayətinin eyni adlı kəndində yerləşir. Dəri xəstəlikləri, eqzerma və köhnə yaraların müalicəsi üçün tövsiyə edilir. Bu qeyzerdə əlavə olaraq digər mineral sular da mövcuddur. Bu isə dəri xəstəliyi ilə yanaşı digər xəstəliklərin də müalicəsi üçün tövsiyyə olunur.

Estrabaku Mineral Suyu

Bu mineral bulaq Laricandan Rostaqa gedən yolun ortasında, Baycan kəndinin yaxınlığında, Qəlabon adlı bölgədə yerləşir. Bir dağdan qaynayır və daha sonra, bir neçə metrlikdən Heraz çayına tökülür. Bu bulağın tərkibində Zəbiğ adlanan bir maddə mövcuddur. Bu isə dəri xəstəliyi və infeksional xəstəliklərin müalicəsi üçün faydalıdır.

Rine Mineral Bulağı

Mu bineral bulaq Laricanın Rine kəndinin yaxınlığında yerləşir. Bu mineral bulağın suyu dəri xəstəlikləri və sınıqlar və infeksional xəstəliklərin müalicəsində faydalıdır.

Amulu Mineral Bulağı

Bu bulağın suyu daxili xəstəliklərin aradan qaldırılması səbəbindən, içilməlidir. Dəri xəstəliklərinin müalicəsində də əhəmiyyətli təsirə malikdir.

 

Larican Mineral Su Bulağı

Larican mineral su bulağının çıxdığı Larican bölgəsinin dəyişkən iqlimə, gözəl təbiətə və Dəmavənd qülləsinin möhtəşəm mənzərərələrinə sahib olması maraqlananların bir çoxlarını özünə cəzb etmək üçün çox mühümdür. Larican mineral su bulağı çox uzun illər təbii halda Dəmavənd dağının ətəklərində qaynadığından xalq ondan istifadə edməklə yanaşı, bir çox qonaqlar da dəri xəstəliklərinin müalicəsi məqsədilə bu bölgəyə səfər edirlər.

Mağaralar və Şəlalələr

Buz Şəlaləsi

Tamamı buzdan ibarət olan bu şəlalə 5100 metr yüksəklikdə, çənli  Dəmavənd zirvəsinin yaxınlığında yerləşir. Şəlalənin hündürlüyü 7 metr, diametri isə 3 metrdir. Davamlı olaraq onun diametri də böyüyür. Qarların əriməsi nəticəsində şəlalənin diametrinin böyüməsi səbəbindən böyük bir çuxur əmələ gəlib. Yayın günorta istilərinin təsirindən nazik bir su təbəqəsi meydana gəlir. Bu su da şəlalənin kənarından axır. Çox az bir müddət davam gətirən bu su, qısa bir zamandan sonra donur. Bu şəlalə dünyanın ən qəribə və özünəməxsus şəlalələrindən biridir.

 

Hərican şəlaləsi

Bu şəlalə eyni adlı kəndin yüksəkliyində Tehran – Çalus magistral yolunun Herazcəm döngəsinin yaxınlığında yerləşir. Onun hündürlüyü 9 metrdən artıqdır. Bu şəlalə Elborz dağının ən gözəl şəlalələrindən biridir.

İc və ya Onuzlar (bir – birinin eynisi) Şəlaləsi

Bu şəlalə Xəşmçal dağının yüksəkliyindəki Yuxarı Oşkurun daimi buzların bir qisminn əriməsi nəticəsində İc kəndinin yuxarı ərazisindən bir qədər aralıda, qaya üzərinə tökülür. Daha sonra isə, bir çox şəlalələr kimi dərənin dibinə axır.

Alamel Şəlaləsi

Dəmavənd dağının şimal ətəklərindən, 100 metrdən artıq bir yüksəklikdən tökülən bu şəlalə çoxlu suların toz halında havaya yayılaraq, çox görməli bir görünüş yaradır. Bununla da çox gözəl və misilsiz bir mənzərə yaranır.

Akapol Şəlaləsi

Bu şəlalə Kəlardəştin Sərdiçal Dağının meşələrində yerləşir. Onun möhtəşəm mənzərəsi və ecazkar görünüşü mövcuddur. Bu şəlalə Kəlardəşt yaylağı və təbiət gözəllikləri ilə yanaşı Veleşt gölünü də özündə birləşdirir. Onun əyləncə məkanlarının imkanları da fövqəladə dərəcədə artmaqdadır.

Laricanın Şahandəşt şəlaləsi

Bu şəlalə Mələk qülləsinin kənarında, eyni adlı dağın yuxarısında yerləşir. Onun hündürlüyü 50 metrdən çoxdur.

Ziyar ( Şeyx Əli Xan)Şəlaləsi

Təqribən 40 metr hündürlüyə malik olan bu şələlə öz adını Ziyar çayından götürüb. Onun ətrafı bir qayda olaraq yamyaşıl mənzərələr, dağlar və çəmənliklər ilə əhatə olunub. Bu şəlalədən əla təbiət - turizm ünsürləri meydana gəlib. Şəlalənin başlanğıcı Ramsərin arxasında olan bir Ərak adlı qayadandır. Rəvayətə görə Çar şəlaləsi, Vanayadakı Timre şəlaləsi, Şəmsabaddakı Prome şəlaləsi, Zenget – Behşəhrdəki  Zenget şəlaləsi, Saridəki Darabkəla şəlaləsi öz köklərini cənnətdən götürürlər.

Səvasəre Şəlaləsi

100 metrə yaxın hündürlüyə malik olan bu şəlalə, rayonun yuxarısında faydalı mineralları özündə birləşdirir. Bol sulu olması səbəbindən, xüsusi suvarma imkanlarına da malikdir.

 

Təbii Mağaralar

Bu mağaralar yüksəkliklərdə və Doab (iki çay)çayının ayrıldığı boğazda yerləşir. İranın mağara tədqiqatçıları 1976 – cı ildə kəşf ediblər.

 

Abəsəsk mağarası

Bu mağara Əsək çayının yaxınlığında, Hezar (min) dərəsində yerləşir. Yüksəkliklər və vəhşi Əsək kəndindən mağaraya qədər olan məsafə isə təqribən 1 saatlıq piyada yoldur.

 

Pirzən xani mağarası

Bu mağara Nur və Kəcvər ərazilərinin Oklav kəndinin yaxınlığında yerləşir.

 

 

Div  sefid ( ağ div) mağarası

Bu mağara Mazqah adlanan bir ərazidə, Div sefid ( ağ div) qülləsinin kənarında xüsusi mühafizə olunan bir ərazidə yerləşir və çox qədim zamanlarda isə Mazandaranda Espəhbedan qalası kimi istifadə olunub.

Kəbça keçəl mağarası

Bu mağara Doab (İkiçay) meşəsinin yüksəkliyində yerləşir.

Yəx (buz) Murad mağarası

Bu mağara Gəçsərin yaxınlığında, Tehran və Mazandaran ostanlarınına yaxın məsafədə yerləşir və dünyanın qəribə mağaralarından biri hesab olunur.

Siyahpur mağarası

Əmiri bölgəsində, Larican və Firuzkuh dərələrinin arasında

Hildo mağarası

Şorabsari kəndinin yaxınlığında yerləşir.

Xorrəmabad mağarası

Tonekabon, Xürrəmabadın yaxınlığında yerləşir.

Vəhoto mağaralar toplusu

Bu mağaralar Tərəvcen kəndində, Behşəhr şəhərinin cənub – qərbində yerləşir. Bu iki mağara ilk dəfə olaraq 1949 – cu ildə Fladelfiya Universitetinin professoru olan S. Karlton Kon tərəfindən tədqiq edildi.

Miyankale Behşəhr Yarımadası

Xəzər dənizinin cənub sahili boyu Miyankala adında olan yeganə bir yarımada mövcuddur. Bu yarımada Xəzər dənizinin cənub – şərqində yuxarı bölgədə yerləşir. Bu yarımada şimaldan Xəzər dənizi, cənubdan Qorqan körfəzi, şərqdən Aşura kəndi, qərbdən isə Zağ mərz, ( qarğa sərhəddi) Lepo bataqlığı və Neka elektrik stansiyası ilə əhatə olunub.Miyankala yarımadası təqribən 70 min hektar əraziyə malikdir. Onun eni 5/2  və 6/5 kilometr məsafədə dənizdən ayrılır. Onun ən əsas bitkiləri nar və yabani moruq kollarıdır. Hər il flaminqo, qu quşu, çöl qazı, alnıağ ördək, qara qaz və yüz minlərlə köçəri quş növləri qışlamaq və artmaq məqsədi ilə bu yarımadaya köç edirlər. Növbənöv və qeyri adi olan quş növlərinə əlavə olaraq, qırqovul, sar, göyərçin, leylək, çaqqal, kirpi və dələ kimi yerli heyvanlar da burada mövcuddur. Miyankala yarımadası mühafizə olunan bir bölgə kimi qeydiyyata alınmışdır. Buna görə də xüsusi bir icazə olmadan hər hansı bir quş və ya canlı növünün ovlanması qadağandır. Miyankala yarımadasının şərqində üç kiçik və böyük adadan ibarət olan Aşuradeh adalar toplusu yerləşir. Suyun qabarma və çəkilmısi nəticəsində bu adalar da böyüyüb – kiçilirlər.

 

Qeyd: Yuxarıda yazdığımız adalara əlavə olaraq, Pələnqan gölünün yaxınlığında yerləşən və misilsiz ekosistemə malik olan Əsmal say adasını da qeyd etməliyik.

 

persian  home

پيوند
 

 
Ustad Şəhriyarın
Qədir Xum
Uşaqlar üçün Qurban bayramı hekayəsi
Ali Məqamlı Rəhbərin Həcc müraciəti
Festival
Allahın adı ilə
həzrəti İmam Rzanın (ə)
Allahın adı ilə
Həkim Ömər Xəyyam Neyşapuri
Vebinar keçiriləcək
Vebinar keçiriləcək
Naxçıvan MR Mədəniyyət Nazirliyi
“Qüds günü” səmavi dinlərin doğulduğu yerə DƏSTƏK GÜNÜ
Ali Məqamlı Rəhbər:
sərgi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi
Birinci Beynəlxalq Şeyx Məhmməd Xiyabani konfransı
Altıncı beynəlxalq islam dünyası coğrafiyaçıları konqresi keçiriləcək
Allahın adı ilə
Mədəniyyət və İrşad nazirinin “Müqəddəs müdafiə” nin 40-cı ildönümü münasibəti ilə bəyanatı
Şeir, Fars ədəbiyyatı və Ustad Şəhriyarın anım günü
İran İslam İnqilabının rəhbəri: “Fransız nəşrinin Peyğəmbəri (s.ə.s) təhqir etməsi bağışlanmaz günahdır”
Ədəbiyyat və Şərqşünaslıq sahəsində məqalə qəbulu
Məhərrəm ayı münasibəti ilə başsağlığı veririk
İslam İnqilabının Ali rəhbəri Ayətullah Təsxirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
"Qədir-Xum" dinimizin kamil olduğu gün
Ali Məqamlı Rəhbər:
34-cü Beynəlxalq Xarəzm Festivalında qeydiyyat olunmaq üçün elan
İran və Naxçıvan arasında dini və elmi əməkdaşlıq inkişaf edir
İran və Naxçıvanın ortaq incəsənət əlaqələri inkişaf edir
Beynəlxalq Mədəniyyət Festivalında Naxçıvanlı tərcüməçiyə Beynəlxalq Şəhriyar Medalı təqdim olundu
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Xəbər Tərcüməsinin İnikası
Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb
Naxçıvan Universiteti ilə Şəbüstər Azad İslam Universiteti arasında Elmi Əməkdaşlıq Müqaviləsi bağlandı
Hacıların təhlükəsizliyi, şərəfi, rifah və asayişi qorunmalıdır
İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının üzvləri Naxçıvandakı Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri adlı sərginin qapanış mərasimində iştirak ediblər
Naxçıvanda "Müasir İran Mədəniyyətinin Görkəmli Nümayəndələri" adlı sərgi təşkil olunacaq.
Əbülfəz Qarayev - İran və Azərbaycan ortaq tarixi köklərə malikdirlər.
İbrahim Türkmən: Mədəni Bağlılıqİran və Azərbaycanın Ortaq Mirasıdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Azərbaycan Mədəniyyət Həftəsi
Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin
İmamın (r.ə) baxışında Fələstin
Tərcümə olunan "Xatirələr Aləmində" kitabının təqdimatı+Film
Naxçıvanlı rəssam tərəfindən çəkilmiş İmam Xomeyninin portretinin təqdimatı+Film
Naxçıvanda “ Mehriban İmam” foto sərgi keçirildi
“Xatirələr aləmində” kitabına bir baxış
Naxçıvanda “İmam Xomeyni həzrətlərinin irfani, əxlaqı və tərbiyəvi xüsusiyyətlərinin araşdırılması” mövzusunda konfrans keçirildi
Naxçıvanda imam Xumeyninin (r.ə) irfan, əxlaq və tərbiyyəvi xüsusiyyətlərinin araşdırılması ilə bağlı konfrans təşkil olunub.
İran seçkiləri və media gücü
İranda prezident seçkiləri öncəsi debatlar
İranda keçirilən seçkilər və itirlmiş demokratiya
Saytın Məqalə Bankındakı Məqalələrin Siyahısı
Naxçıvanlı rəssam Sabir Məmmədovun fərdi sərgisi təşkil olunub
Ali Məqamlı Rəhbər Qərb ölkələrinin gəncliyinə ikinci məktubla müraciət etdi
İslam Ölkələri Oyunları
İranlı və Naxçıvanlı İdmançıların Qarşılıqlı Əlaqələri Yüksələn Xəttlə İnkişaf Edir
Naxçıvanda Novruz Bayramının Qarşılanması
Fars dili kursı 2017
Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvanda istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir – VİDEO
İnqilab Rəhbəri: Dini ortaqlıq İran və Azərbaycan xalqlarının yaxınlıq amilidir
Xocalı faciəsi, İslam Dünyasının Böyük Müsibətidir
Ayətullah Şəbüstəri: Xocalı şəhidlərinin pak ruhlarına salam göndəririk.
Keyhan Kalhorun qrupu Oskar Musiqi mükafatına layiq görüldü
İmam Xumeyninin (rə) məşhur fotoqrafı kimdir?
İran İslam İnqilabının 38 – ci ildönümü günündə Naxçıvanda möhtəşəm konsert təşkil olunub
İİR – ın Naxçıvandakı Mədəniyyət Mərkəzi sərgisi təşkil etdi
Naxçıvanla İran arasında mədəniyyət və turizm əlaqələri genişlənir
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini İranın Naxçıvandakı başkonsulluğunda olub
ELAN
17 mərtəbəli Plasco binası cöküb
“ Ayətullah Rəfsəncani həm İran və həmdə Azərbaycan üçün böyük və önəmli şəxsiyyət idi”.
Naxçıvanın tanınması İranda günbəgün genişlənir
Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmməd(s) və İmam Cəfər Sadiq(ə)ın mübarək mövlud günüdür
Əhli beytin (ə) səsi Müəzzinzadə
Urmiyadan Naxçıvana bir baxış
İslam aləminin ən tanınmış alimlərindən olan Ayətullah Musəvi vəfat etdi
İslam dünyasının parlayan ulduzu Səlim Müəzzinzadə dünyasını dəyişdi
Lavaş Yuneskoda qeydə alındı
Naxçıvan ilə İran arasında elmi əlaqələr genişlənir
Ustad Kəriminin Milli Konqresi pozitiv düşüncəli cəmiyyət üçün fürsətdir
Naxçıvan kəhrizləri tədqiq edilir
Yəzd və Naxçıvan arasında müqavilə
İran İslam Respublikasının Yuneskoya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin Naxçıvan səfəri
Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi ilə tanışlıq
"Məhəmməd(s.ə) Peyğəmbər" filmi, Türkiyənin 400 kinoteatrinda ekran edilib
Urmiyada Kərim Marağayinin anım tədbiri keçirildi
Qedir Xum Bayramınız Mubarek!
İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir
Mina faciəsinin birinci ildönümü
Naxçıvanlı tələbələrin İrandaki elmi naaliyyətləri
Mina faciəsi 1 il öncədən film vasitəsilə planlaşdırılıbmış
Mina faciəsi beynəlxalq vəkillər tərəfindən araşdırılacaq
Tarixi Binaların Restorasiyası Fondunun tanıtdırılması
Tehran konserti
Urmiyanın Naxçıvan xəbərləri